"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hərəkatın H-ları

11 Oktyabr 2016 - 16:29
in MARAQLI, MÖVQE, ÖNƏMLİ, SEÇMƏ, SEÇMƏ XƏBƏRLƏR

<font color=red><b>Hərəkatın H-ları</b></font>

Yaxud Bütöv Azərbaycançı Yasəmən Mahmudova ilə Bütöv İrançı Əli Kərimlini nə birləşdirir?

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Onun haqqında hətta bir neçə kəlmə yazmağı belə vaxt itkisi hesab edirəm. Amma haqqında yazmağı vaxt itkisi saydığım bu insanın və onun kimilərin əksər hallarda bir-biri ilə ziddiyyət təşkil edən müxtəlif ictimai-siyasi platformalarda çağırılmamış qonaq kimi “zühur” etdiklərini nəzərə alıb, 10-15 dəqiqəlik bir zaman kəsiyi ilə vidalaşmağı göz önünə alacağam.
Xanım olduğu üçün mübaliğəli deyimlərdən, bənzətmələrdən istifadə etməyəcəyəm. Özünə təxəllüs seçdiyi Qaraqoyunlu dövlətinin Azərbaycan türklərinin və bütövlükdə Türk Dünyasının tarixində oynadığı rolu əsas götürüb söz oynatmayacağam. Məsələn, qara, yaxud qoyun sözlərini hallandırmayacağam və s.
Yasəmən Mahmudova haqqında yazacağam. Mötədillikdən radikallığa, radikallıqdan mərkəzçiliyə, mərkəzçilikdən sağ mərkəzçiliyə, sağ mərkəzçilikdən sol mərtkəzçiliyə, kəsəsi sağdan sola, soldan sağa hoppana-hopana gedən, arxada buraxdığı ayaq izlərinin fərqinə varmadan ayaq basdığı hər yeni platformada hökm verən, ehkam kəsən birisi kimi… Tip olaraq, obraz olaraq.
Bu adamı son 5-10 ilədək kimsə tanımayıb. Tələbəlik illəri Milli Azadlıq Hərəkatı dövrünə təsadüf etsə də nə azdlığın peşində olub, nə də milliliyin…
Sonra birdən-birə Bütöv Azərbaycançı olub, hətta hərəkatını da yaradıb. Amma özündən başqa bir kimsəni inandıra bilməyib ki, heç olmasa “HƏRƏKAT” sözündəki hərflərin sayı qədər ətrafına adam toplasın. Elə “H” olaraq qalıb ortalıqda… Beləcə hərşeyşünaslıqdan o yana keçə bilməyib.
Elə “Azəri-Türk” Qadınlar Birliyinin Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş tədbirindəki çıxışı zamanı da xroniki hərşeyşünaslıqdan, kin, qəzəb və hikkədən doğan bir əda ilə Milli Azadlıq Hərəkatı və onun liderləri haqqında ehkam kəsib. Həm də hikkəsinə hədəf seçdiyi adam tədbiri tərk etdikdən sonra. Və Əli Kərimlini Hərəkatın “lideri” elan edib.
Daha öncə də qeyd etdiyim kimi, Yasəmən Mahmudova həm də Bütöv Azərbaycançıdı. Vaxtaşırı Güney Azərbaycandakı soydaşlarımızın hüquqlarının qorunması ilə bağlı çıxışlar edir, bəyanatlar verir.
Onun “lider” elan etdiyi Əli Kərimli isə İranın fars-molla rejiminin nüfuz müvəkkillərinin, Azərbaycanın konstitusion quruluşunu silahlı yolla dəyişmək istəyənlərin hüquqlarını müdafiə edir, onları dəstəkləyir. .
..İndu başa düşmək olmur, Bütöv Azərbaycançı Yasəmən Mahmudova ilə Bütöv İrançı Əli Kərimlini birləşdirən hansı dəyərlərdir, hansı ideoloiji prinsiplərdir.
Daha öncə Yasəmən Mahmudovanın haqqında yazacağım insan tipinin ümumiləşdirilmiş obrazı olduğunu qeyd etmişdim. Belələri iştirak etdikləri tədbirlərdə, ümumiyyətlə kimin nə danışdığının fərqinə varmırlar. Sadəcə nə zaman söz alacağlarını gözləyirlər. Sonra rabitəsiz sözlərlə həyatlarındakı bütün uğursuzluqların qisasını hədəf seçdikləri adamdan almağa çalışırlar. Sadəcə ona görə ki, indi bu sətirləri yazan adamdan yaratdıqları “H”-ya dəstək üçün vəsilə olmağı təmənna ediblər. Və indi bu sətirləri yazan adam da nə vəsilə, nə də vasitəçi olmağa lüzum görməyib… Vəssalam!

Səni kim… danışdırır?

Xatırladım ki, Azəri-Türk Qadınları Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Azərbaycanın SSRİ-nin tərkibində qalması ilə bağlı referendum layihəsinin əleyhinə səs verən sabiq deputatların “İstiqlal” ordeni ilə təltif olunması təşəbbüsünü irəli sürüb və Güney Azərbaycan türklərinin milli haqlar uğrunda mübarizəsinə dəstək verilməsinin vacibliyindən danışıb. Yəni Yasəmən Mahmudovanın, nə də bir başqasının xanıma yaraşmayan bir aqressiya ilə, Azərbaycan qadınına xas olmayan ifadələrlə kin püskürməsini əsaslandıran heç bir ifadə işlətməyib. Əgər Yasəmən Mahmudovanın elan etdiyi ideoloji prinsiplərin gerçəkliyinə inansaq, o zaman Bütöv Azərbaycançı olduğunu aləməcar çəkən bu xanım Qüdrət Həsənquliyevin mövqeyini müdafiə etməliydi… Amma bunun əksi baş verdi. Həm də BAXCP sədri tədbiri tərk etdikdən sonra… Kəsəsi, Yasəmən Mahmudova bir zamanlar ən kəskin tənqidə məruz qoyduğu, indisə bizə bəlli olan və olmayan səbəblərdən “lider” elan etdiyi şəxsin üslubuna uyğun olaraq arxadan danışmağı məqbul saydı və cavabını da artıqlaması ilə aldı…
Bu cavab isə sosial şəbəkələrdə küçə itləri kimi sola-sağa kimi hürüşən, facebookdakı profillərinin sayı qədər sifəti olanların əlində ən iyrənc qarayaxma kampaniyasına başlamaq üçün bəhanəyə çevrildi. Ola bilsin ki, Yasəmən Mahmudovanı təlimatlandırıb Azəri-Türk Qadınlar Birliyinin tədbirinə göndərənlərin məqsədi də elə bu bəhanəni yaratmaqdan ibarət imiş… Kim bilir…
Bəlkə də Qüdrət Həsənquliyev həmin tədbirdə iştirak etməsəydi bir başqasını bəhanə gətirəcəkdilər. Bu adamların xisləti belədir. Dəyişməyəcəklər də… Bu səbəbdən də belələrini sayıb harasa çağırmaq da lazım deyil. Sərhədləri birdəfəlik müəyyənləşdirmək lazımdı… Azərbaycan xalqının, dövlətinin maraqlarının keşiyində duranlarla bu maraqlara qarşı savaş açan prinsipsiz, yolsuz zümrənin arasındakı sərhədlər hər kəsin görə biləcəyi qədər açıq və qabarıq olmalıdır. Bu məsələdə güzəşt ola bilməz… İranın tör-töküntülərini himayə edən, Azərbaycan dövlətinə düşmən kəsilən hər kəslə öz korporativ maraqları naminə işbirliyində olanlarla Milli məfkurə daşıyıcılarının bir arada olması mümkün deyil. Bunu birdəfəlik bilmək lazımdı. Bu adamların millətçiliyi də, türkçülüyü də İran saqqızı kimidi, ağız suyu dəyən kimi çürüyür… Artıq kimin kim olduğu bəllidir. Uzatmağa da ehtiyac yoxdu…
O ki, qaldı Azərbaycandan it kimi qovulduqdan sonra yalvarışla, xahiş-minnətlə əldə edə bilmədiklərinin qisasını almaq üçün dəridən-qabıqdan çıxan TurqİT adlı FETÖ tör-töküntüsünün sərsəmləmələrinə, zənnimcə bu adamı da boş vermək lazımdır. Azərbaycanla Türkiyənin gündən-günə möhkəmlənməkdə olan birliyinin yanında belələrinin dedikləri milçək vızıltısı kimidi…
…Adam qonmağa şirə axtarır. Amma hər dəfə başqa… yerə qonur.
Bu qədər.
P.S. Karvan çoxdan keçib…

Elçin Mirzəbəyli

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

TƏCİLİ: Nazarbayevin Bakı səfəri təxirə salındı

Next Post

Millimizdən tarixi rekord – Çexiyadan xal aldıq

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post

Millimizdən tarixi rekord - Çexiyadan xal aldıq

Putinin Azərbaycan hədəfi – Qarabağ və neft kəmərləri...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.