Әla nәticәdir. Komandanı tәbrik edirәm.
Bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.
DÇ-2018-in seçmə mərhələsində səfərdə Çexiya ilə qarşılaşan milli komandamız qolsuz bərabərliyə nail ola bilib.
Matç başa çatdıqdan sonra federasiya prezidenti qısa açıqlama verib: “Prosineçkiyә dә tәşәkkür edirik. Çәtin olsa da, hәr kәs әlindәn gәlәni etdi vә çox lazımlı xal qazandıq. Gözlәnilmәzdir, ancaq gәlin, eyforiyaya qapılmayaq”.
“Yığmanın ilk 3 oyunda 7 xal qazanması vә buna qol buraxmadan nail olmasının mükafatı nә olacaq” sualına isə Abdullayev belə cavab verib: “Gәlin, mükafat mövzusunu qabartmayaq. Meydana çıxıb, vәtәn uğrunda çalışırıq”.




