Bu haqda o özünün FB səhifəsində yazıb: “Hörmətli dostlar ! Nəzərinizə çatdırımki,son günlər Azərbaycanın bir sıra saytlarında mənimlə bağlı yalan,iftira ve uydurma məlumatlar dərc olunur. Melumatda bildirilirki,son illər Ukraynada oğurlanan və itkin duşən Azerbaycanlılar guya mənim qohum əqrabalarımdır. Hətta həmin anonimşiklər iddi edirlərki, guya Ukraynada məni oğurlamaq istəyiblər və buna nail olmadıqları üçün mənim qohumlarımı oğurlayıblar. Nə qədər bayağı və gülünc doğuran düşüncə tərzi.Əvvala,o iftira yazıda adları hallanan soydaşlarımız Gürcüstan vətəndaşıdırlar və onlar hazırda ailələri ilə birlikdədirlər.Məni burada ən çox üzən məsələ o deyil !Məni ən çox üzən və məyus edən məsələ odurki,son illər jurnalis adı ilə Ukraynada peyda olmuş bir sıra dırnaqarası jurnalistlərin qapı-qapı duşərək Azərbaycan diasporunu zinhara gətirməklə, əsl Jurnalist adına ,Jurnalist ləyaqətinə ləkə vurmalarıdır.Əslində onları jurnalist yox, zurna-list, zor-nalist adlandırsaq daha yaxşı olar. Maraqlıdır ki, həmin zurnalistlər son illər Ukrayna ,və Ukraynadakı Azərbaycan disporu ilə bağlı silsilə yalan və uydurma məlumatlar yaymaqla ,bulandırdıqları suda balıq tutmaq istəyirlər. Mən həmin zurnalistlərin nəzərinə çatdırmaq istəyirəmki ,mən Ukraynada cibimdə Qələm gəzdirirəm .Sizin kimi düşüb Ukraynadakı diasporumuzun həyət bacalarında Ələm gəzdirmirəm.Və son olaraq bildirmək istəyirəmki,təxmini o anonoim yazıların dırnaqarası müəlliflərini tanıyıram və onların adlarını məni feyzbukda zinhara gətirdikləri üçün qara siyahıya salmışam.O ki ,qaldı mənimlə bağlı bəzi saytlarda verilən böhtan və ifira dolu yazılara,bununla bağlı Azərbaycanın aidiyyəti orqanlarına müraciət etmişəm. Çox gümanki ,bu günlərdə mənimlə və Ukraynadakı diasporumuzla bağlı yayılan iftira yazıların anonimşikləri bəlli olacaq və bundan sonra onların son illər Ukraynada çıxartdıqları yaramaz oyunlarla bağlı geniş məlumat veriləcək.Son olaraq üzümü Azərbaycandakı bəzi sayt rəhbərlərinə tutaraq demək istəyirəmki ,bu gün erməni kimi düşməni olan xalqaın övladlarının bir-biriləri haqqda böhtan və iftira yaymaları ən azından mənəviyyatsızlıqdır.Məlumat üçün xatırladıramki ,Ukraynada çalışdığım illərdə, xocalı soyqrımı və Dağlıq Qarabağ hadisələri ilə bağlı ermənistanın Ukraynadakı səfirliyinin ,BMT-nin və ATƏT-in Ukraynadakı nümayəndəliklərinin qarşıaısnda keçirilən çoxsaylı mitinq və etiraz aksiyalarının təşkilatçısı olmuşam .İndiyədək Ukrayna ilə bağlı Azərbaycan televiziyasında yüzlərlə reportajın ,Ukrayna Milli televiziyasında Azərbaycanla bağlı 17 sənədli filmin ssenari müəllifiyən . Onuda xatırladımki ,Ukrayna Milli televiziyasında 2 dəfə efirə gedən Qarabağ Tarixin Burulğanında sənədli filminə görə ermənistan dövləti Ukrayna hökumətinə etiraz notası verib..! İndi həmin filmi sizə təqdim etməklə,mənim haqqımda yaılan şər və böhtan yazıların mühakiməsini sizin öz vicdanınıza buraxıram.”
Elchi.az




