"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezidentin sensasion bəyanatı: əgər bu baş versə… – Şərh

12 Oktyabr 2016 - 11:04
in XƏBƏR LENTİ

Prezident İlham Əliyevin ötən həftə Nazirlər Kabinetinin iclasında çıxışı zamanı işlətdiyi fikirlərdən biri də bu olub ki, hazırkı hakimiyyətin siyasətinə alternativ siyasət xaosdur, qarşıdurmadır. Prezident konkret hansısa müxalif qüvvənin adını çəkməyib. 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Deputat Zahid Oruc hesab edir ki, ölkə prezidentinin həmin bir cümləsi hər hansı konkret qüvvəyə, konkret hərəkata, şəxsə, subyektə yönəlmədən metafora kimi işlənib, real mahiyyət daşıyır:

 

“Gerçəkdən də bu gün İlham Əliyev siyasətinin alternativi qarşıdurma, xaosdur. Təkcə müxalifət qüvvələri üçün yox, hakimiyyət cinahından da bütün qüvvələrin, komandanın maraq və mənafelərini uzlaşdıran ən güclü lider məhz İlham Əliyevdir. Əslində on illər ərzində Heydər Əliyev siyasətinin hakimiyyətdə olmağının səbəbi bir tərəfdən millətin maraqlarının dövlət idarəçiliyində təmsil olunmasıdırsa, o biri yandan əks qüvvələrin inkarçı mövqeyidir. Baxın, Türkiyədə 1923-cü ildən bu yana hakimiyyətə gələn qüvvələr, hətta çevriliş vasitəsilə mövcud iqtidarları devirənlər də Atatürk irsinə istinad eləyib, onun Türkiyə üçün həyata keçirdiyi böyük tarixi işlərin inkarında durmayıblar. Əksinə, həmin o cümhuriyyətçilik idealları Osmanlı İmperiyasının qalıqları üzərindən bir ölkənin viranəyə çevrilməməsi və xilaskarlıq missiyası, sonradan bütün sahələrdə həyata keçirilən böyük tədbirləri müsbət hadisə kimi dəyərləndirib. Azərbaycanda ötən on illər ərzində biz Heydər Əliyev irsi, siyasəti deyəndə onun daxildə bütün etnik milli zümrələrin vahid bir vətəndaş marağında ”bu dövlət hamınındır” prinsipi ilə birləşdirilməsini nəzərdə tutmuşuq. İndi də davam edən bu siyasət Ermənistandan savayı Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərən ölkələrlə mühüm əlaqələri özündə ehtiva edib. Neft amilini Azərbaycanın güc faktoruna çevirmək və bununla beynəlxalq əlaqələrimizi güclü bir şəkildə təmin etməyi özündə ehtiva edib. Bütün bunlar inkar edilincə, gerçəkdən də çox ağır bir mənzərə yaranır”.

 

Z.Oruca görə, bu gün həqiqətən də İlham Əliyev hakimiyyətinin alternativi xaosdur: “Ona görə ki, müxalif qüvvələrin baxışlar sistemi Azərbaycana güclü bir dövlət qurmağı və işıqlı gələcəyi vəd eləmir. Reallıq bundan ibarətdir ki, ötən illər ərzində güclü müxalif sistemlərin formalaşa bilməməsi, onlarda yeniləşmənin getməməsi, siyasi vitrinin dəyişməməsi, ən güclü xarici universitetlərdə və daxildə təhsil alanların gəlib müxalif sistemlərdə özlərinə gələcək qurmaq istəməməsi onları ölkənin həlledici mənada gələcəyindən, həyatından sıxışdırıb kənarda qoyub.

 

Ona görə də biz İlham Əliyevin liderliyinə, onun birləşdirici gücünə, regional ağır savaşlardan çıxmaq bacarığına, Azərbaycan maraqlarını güzəştsiz müdafiə etməsinə və Qarabağ məsələsində hamıdan daha kəskin siyasəti yürütməsinə yeganə kurs kimi yanaşırıq. Müxalif qüvvələrin hakimiyyəti Qarabağın müstəqilləşməsi, beynəlxalq aləmdə tanıdılması demək olacaq. Ona görə ki, bu cür avantüra ilə, sadəcə, guya ermənilərin üzərinə getmək ideyası ilə və iqtidarı yenidən bu vasitə ilə zəbt eləməklə Azərbaycana uğurlu bir sabah vəd eləmək mümkün deyil.

 

Bu gün gerçəkdən də ermənisiz Azərbaycan modeli ilə düşmən qarşısına çıxmaq mümkün deyil. Çox sadə bir sual olunur ki, bu dövlətin gələcəyi üçün ən bədbin proqnoz verən qüvvələr fərqindədirlərmi bu gün Azərbaycanın valyuta ehtiyatından çıxış eləsək, qarşıdakı illərdə ölkəyə hər hansı bir ixracdan bir dollar belə daxil olmasa belə, Azərbaycanı indiki vəziyyətdə ən azı üç il saxlamaq mümkündür? Hakimiyyət bu qədər valyuta rezervlərini və ölkənin perspektivini formalaşdırırkən iqtidarı niyə başqa qüvvəyə verməlidir?! Vaxtilə büdcəsiz yaşanan Azərbaycan reallığı və faciələrini təkrar bu ölkəyə yaşatmaq üçün məlum müxalif qüvvələrəmi iqtidarı verməlidir?! Bütün faktorları nəzərə alanda ölkənin gələcəyi həmin qüvvələrin timsalında son dərəcə faciəli görünür. Dağlıq Qarabağın tanıdılmasından tutmuş, Azərbaycan dövlətçiliyinin sarsıdılmasına qədər acı perspektiv bu qüvvələrin iqtidara gəlişi nəticəsində meydana çıxa bilər”.

 

Deputata görə, hər hansı siyasi qüvvə gələcəkdə Heydər Əliyev siyasətinə istinad eləməsə, ona söykənməsə, Azərbaycan maraqları təhdid olunacaq: “Türkiyədə CHP də, MHP də, AKP də, digər qüvvələr də Atatürkün varlığını, Türkiyə həyatı üçün işlərini inkar etmir. Çünki inkar edəndə quru səhra yaranır. Çünki Türkiyəni bir dövlət kimi var edən Atatürk olub”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu gün Sevil Əliyevanın ad günüdür

Next Post

Ətir almazdan əvvəl bu yazını OXUYUN

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ətir almazdan əvvəl bu yazını OXUYUN

UEFA-nın rəsmi saytı: “...məğlubedilməz Azərbaycan”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.