"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

MSK referendumun yekun nəticələrini təsdiqlədi

12 Oktyabr 2016 - 13:26
in XƏBƏR LENTİ

MSK referendumun yekun nəticələrini təsdiqlədi 3 seçki məntəqəsində nəticələr tam ləğv edilib; ölkə yeni konstitusiya ilə idarə olunmağa başlayır

Oktyabrın 11-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. MSK sədri Məzahir Pənahov iclasda bildirib ki, MSK sentyabrın 26-da keçirilmiş referendumla əlaqədar səsvermənin təşkili üçün üzərinə düşən vəzifəni yerinə yetirib. MSK sədri deyib ki, ən qərəzli müşahidəçilərin hesabatlarında da seçki prosesində hakimiyyət resurslarından istifadə olunması barədə ifadəyə rast gəlinmir. Bir vaxtlar irad kimi səslənən bu ifadə artıq yaddan çıxıb: “Azərbaycan seçki proseslərində ən inkişaf etmiş Avropa ölkələrinin heç birindən geri qalmır”.
İclasda məlumat verilib ki, MSK referendumla əlaqədar 3 seçki  məntəqəsində  seçkinin nəticələrini tam ləğv edib. 1 seçki məntəqəsində isə seçkinin nəticələri qismən ləğv edilib.
11 saylı Qaradağ Seçki Dairəsinin 14 saylı seçki məntəqəsi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 10 saylı seçki məntəqəsi, 68 saylı Cəlilabad kənd Seçki Dairəsi  2 saylı seçki məntəqəsində seçkinin nəticələri tam, 64 saylı saylı Sabirabad Seçki Dairəsinin 35 saylı seçki məntəqəsində isə seçkinin nəticələri qismən ləğv olunub.
MSK referenduma yekun vurulması və yekunların elan edilməsi barədə qərar qəbul edib.
Qərarda bildirilir ki, səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu referenduma çıxarılmış Referendum Aktı layihəsinin 29 hissəsinin hər birinin lehinə səs verdiyindən layihə qəbul edilmiş hesab edilməlidir. Sənəddə qeyd edilir ki, MSK-nın protokolu təsdiq edilərək referenduma yekun vurulsun, referendum baş tutmuş sayılaraq konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsi qəbul edilmiş hesab edilsin, referendumun yekunları elan edilərək Referendum yolu ilə qəbul edilmiş aktın mətni dərc edilsin. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Image result for Məzahir Pənahov
Qeyd edək ki, referendum Aktı layihəsində Konstitusiyaya 29 maddəyə 39 əlavə və dəyişikliklər irəli sürülmüşdü.
Referendumun nəticələrinə görə, seçkidə iştirak edənlərin 92 faizi konstitusiyaya təklif edilən dəyişikliklərə “hə” deyib. 
Referendumun nəticələri qüvvəyə mindikdən sonra ölkə prezidenti konstitusiyaya əsaslanaraq  1-ci vitse-prezident, vitse-prezidentlər təyin etməlidir. Hakimiyyət rəsmilərinin, iqtidara yaxın deputatların, bir sıra siyasətçilərin və ekspertlərin indiyə qədər verdiyi açıqlamalarda, proqnozlarda referendumun nəticələrinin qüvvəyə minməsindən sonra ölkədə ciddi dəyişikliklərin, islahatların həyata keçiriləcəyi vurğulanır. Qeyd edilir ki, Konstitusiyaya yeni dəyişikliklər idarəetmənin dəyişməsinə gətirib çıxaracaq. Konstitusiya dəyişikliyinə qədər Azərbaycan prezidenti vəzifəsini icra edə bilmədikdə onun səlahiyyətləri baş nazirə keçirdisə, dəyişiklikdən sonra birinci vitse-prezidentə keçir.
 
Konstitusiya dəyişiklikləri qüvvəyə mindikdən sonra bu ilin dekabr ayında prezident və növbədənkənar parlament seçkilərinin keçiriləcəyi iddia olunur. 
Bu barədə hakimiyyətə yaxın bir sıra deputatların da açıqlamaları olub. Bildirilib ki, referendumun nəticələri təsdiq olunandan sonra Azərbaycanda prezident seçkilərinin keçirilməsi ehtimalı böyükdür. Bəzi siyasi partiya sədrləri isə növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya edilən yeni dəyişikliklərin tələb etdiyini bildiriblər.
Image result for Siyavuş Novruzov
YAP  icra katibinin müavini, deputat Siyavuş Novruzov moderator.az-a bildirib ki, növbədənkənar seçkilər təyin etmək səlahiyyətləri konstitusiyada yeni dəyişikliklərə görə ölkə prezidentinə məxsusdur. Prezident əgər istəsə, növbədənkənar prezident seçkiləri çağıra bilər: “İstəməsə, onsuz da cənab prezident xalq tərəfindən yekdilliklə seçilib və 2018-ci ilə qədər müddəti var. Proses 2018-ci ilə qədər davam edə bilər. Bu, prezidentin səlahiyyətində olan məsələdir və hesab edirəm ki, kiminsə buna müdaxilə etməsi, hansısa proqnoz verməsi  doğru deyil”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanın uğuru türk mediasında

Next Post

Dəmir yollarmız yenilənir – FOTOLAR

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Dəmir yollarmız yenilənir – FOTOLAR

“MTN”çi sevgilisi ilə “əməliyyata” getdi - həqiqi MTN əməkdaşları tərəfindən tutuldu- təfərrüatlar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.