Zəncəfil çayı artıq çəkidən əziyyət çəkənlər, pəhriz saxlayanlar üçün çox faydalıdır.
Axar.az xəbər verir ki, mütəxəssislər bu çayı içməklə bir həftəyə 5 kilo arıqlamağın mümkün olduğunu deyir. Zəncəfil çayı həzmə kömək edir, piy əriməsini artırır, həmçinin metabolizmi 20% sürətləndirərək toksinlərin bədəndən atılmasını asanlaşdırır.
Bundan başqa, dərinin cavan qalmasına da kömək edir. Üzünüzü həftədə bir dəfə zəncəfil çayı ilə yuyun, fərqi görəcəksiniz.
Hazırlanması:
Zəncəfil kökünü nazik doğrayın. İsti su olan termosun içinə atın və dəmlənməsini gözləyin. Gün ərzində adi çay kimi yeməkdən yarım saat əvvəl bir fincan için.




