"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanlıların əcnəbi gəlinləri və kürəkənləri…

13 Oktyabr 2016 - 10:06
in XƏBƏR LENTİ

Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanan nikahların tərkibində milliyətcə azərbaycanlı olan, lakin Gürcüstan və Rusiya vətəndaşları ilə bağlanan nikahlar üstünlük təşkil edir.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanan nikahları demoqrafik proseslərin tərkib hissəsi kimi dəyərləndirən A.Veysəlovanın sözlərinə görə, artıq bir necə ildir ki, azərbaycanlıların əcnəbilərlə bağladığı nikahlar sırasında 1-ci yeri Rusiya və Gürcüstan, sonrakı yerləri isə Türkiyə, İran, Almaniya vətəndaşları ilə bağlanan nikahlar tutur: “Ardınca isə Böyük Britaniya, ABŞ, İsvecrə, Əfqanıstan, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Səudiyyə Ərəbistanı vətəndaşları ilə nikahlar yer alır. Xaricilərlə bağlanan nikahlarda ənənəvilik müşahidə edilir. Amma adları sadalanan ölkələrin vətəndaşları ilə bağlanan nikah dedikdə sırf alman, yaxud ingilislə olan nikah başa düşülməməlidir. Həmin ölkələrdə əslən azərbaycanlı və ya türk olan xarici ölkə vətəndaşları da yaşayır ki, onlar nikahlarını Azərbaycan vətəndaşlarıyla bağlayırlar”.

A.Veysəlova deyib ki, həm azərbaycanlı qadınlar, həm də kişilər əcnəbilərlə nikaha daxil olurlar. Lakin belə nikaha daxil olanlar arasında qadınlar üstünlük təşkil edir.

Komitə rəsmisinin sözlərinə görə, əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə nikaha daxil olmada əsas diqqət yetirilməli məsələ həm qadın, həm də kişinin öz hüquqlarını bilməsidir: “Əsas məsələ odur ki, Azərbaycan vətəndaşı ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında rəsmi nikah qeydə alınsın. Çünki rəsmi qeydiyyata alınmayan nikahda yaşayan qadınlar həyat yoldaşından ayrılarkən bir çox problemlərlə üzləşirlər. Bir çox hallarda onların əmlak hüquqları pozulur, yaxud uşaqların sənədlərinin düzəldilməsində problemlər yaranır. Bu baxımdan, istər qadın, istərsə də kişilər çalışmalıdırlar ki, əcnəbilərlə nikaha girərkən həmin ölkənin, eyni zamanda, Azərbaycanın qanunlarına uyğun davransınlar. Bununla da özlərini sığortalamış olacaqlar”.

A.Veysəlova qeyd edib ki, Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanan nikahların sayı ölkədə rəsmi qeydiyyata alınan bütün nikahların çox az hissəsini təşkil edir: “2015-ci ildə Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə 2680 nikah bağlanıb,149 boşanma halı baş verib. 2013-cü ildə 2780 nikah, 211 boşanma, 2014-cü ildə isə 1816 nikah və 155 boşanma halı baş verib”.

A.Veysəlovanın sözlərinə görə, əcnəbilərlə nikaha daxil olanlar arasında boşanma halları çox azdır. Onun fikrincə, boşanmalar əsasən nikaha daxil olan azərbaycanlılarda yeni mühitə öyrəşmə prosesinin ləng getməsi, adət-ənənələrin öyrənilməsində çətinliklərin yaranması, ailədaxili münasibətlərlə izah oluna bilər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hüseyn Cavidin qızının gizli şifrəsi – Xatirə

Next Post

`Atamın vəziyyəti yaxşıdır` – Prezidentin qızı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`Atamın vəziyyəti yaxşıdır` – Prezidentin qızı

ABŞ-dan ermənilərə daha bir zərbə

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.