"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İbadoğludan Neft Fondu haqda gözlənilməz – Açıqlama

13 Oktyabr 2016 - 12:18
in XƏBƏR LENTİ

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hazırkı çətin makro-iqtisadi və maliyyə durumunda xeyli müsbət nəticələr əldə edib. Fondun aktivlərinin və valyuta idarəetməsindən gəlirlərinin əhəmiyyətli artımı, xərclərinin kəskin azalması təqdir olunmalıdır.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Bu haqda iqtisadçı Qubad İbadoğlu yazıb. Ekspert Dövlət Neft Fondunun 9 aylıq fəaliyyətində müsbət tendensiyaların çoxaldığını bildirib:

 

“ARDNF 2016-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumatları mətbuat vasitəsilə ictimaiyyətlə bölüşüb. Bu məlumatların təhlili göstərir ki, hesabat dövrü ərzində Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan büdcədənkənar gəliri 2,6 milyard manat olub. Bununla yanaşı, bu il ərzində Fondun aktivləri 2,3 milyard dollara qədər artıb.

 

Hazırda bu aktivlər 12 növ müxtəlif valyutadan ibarət səbətdə saxlanılır. Belə ki, aktivlərin 47,6 %-i dollar, 35,3 %-i avro, 5,3 %-i manat, 4,9 %-i ingilis funtu, 3,8 %-i qızıl, 1,5 %-i rus rublu, 1,4 %-i yuan, 1,3 %-i Koreya vonu, 1,2 %-i türk lirəsi, 1,1 %-i yapon ienası, 0,6 %-i isə Avstraliya dolları və digər valyutalardadır.

 

Fondun aktivlərinin 68,6%-i inkişaf etmiş ölkələrdə, 28,8%-i inkişaf etməkdə olan ölkələrdə, 2,6%-i isə beynəlxalq maliyyə institutlarında yerləşdirilib.

 

ARDNF-nin investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatı göstərir ki, vəsaitlərin 41,6%-i Avropada, 27,3%-i Asiyada, 24,1%-i ABŞ-da, 3,9%-i Avstraliyada, yerdə qalan 0,5%-i isə digər regionlardadır. Bu vəsaitlərin 36,1%-i 1 ilə qədər olan müddətdə, 20,7%-i müddətsiz olaraq səhmlərə, qızıla və əmlaka, 19,2%-i 1 ildən 3 ilə qədər, 14,5%-i 3 ildən 5 ilə qədər, 9,2%-i 5 ildən çox müddətdə yerləşdirilib. Hazırda Fondun vəsaitlərinin 79,3%-i çox aşağı faizlə (1 faizə qədər) sabit gəlirli istiqrazlara və pul bazarı alətlərində, 11,6%-i səhmlərdə, 5,3%-i əmlakda, 3,8%-i qızıla investisiya olunub”.

 

İqtisadçının sözlərinə görə, cari ilin 9 ayında Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 734,8 milyon manat təşkil edib ki, bu da manat ifadəsi ilə ötən ilin eyni dövründən 15, dollar ifadəsi ilə 10 dəfəyədək çoxdur:

 

“ARDNF-nin cari siyasətindəki müsbət dəyişikliklər yalnız aktivlərinin və vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərinin artımı ilə xarakterizə olunmur, eyni zamanda, Fondun büdcəsinin xərclər hissəsində rasionallaşma da müşahidə olunur. Belə ki, Neft Fondundan ötən ilin eyni dövründə 2015-ci il büdcəsinin icrası çərçivəsində 5,65 milyard manat vəsait dövlət büdcəsinə transfert edilibsə, bu ilin eyni dövründə 2016-cı il dövlət büdcəsinə cəmisi 3,26 milyon manat vəsait köçürülüb. Bu göstərici ötən illə müqayisədə 42,3% azdır və bu il üzrə proqnozun 47,2%-i təşkil edir.

 

Neft Fondun büdcəsinin icrasında diqqəti çəkən müsbət məqamlardan biri də ötən ilin eyni dövrü ilə müqayisədə ARDNF-nin idarə edilməsi ilə bağlı xərclərinin 20,2 milyon manatdan 11,9 milyon manata qədər azalmasıdır.

 

ARDNF-in aktivlərinin və valyuta idarəetməsindən gəlirlərinin əhəmiyyətli artımı, xərclərinin, xüsusilə də idarəetmə xərclərinin kəskin azalması menecmentinin düzgün qurulması və məsrəflərinin rasionallaşdırılmasının göstəricisidir və təqdir olunaraq digər büdcə təşkilatları üçün nümunə kimi təqdim edilməlidir”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Nazir xarici şirkətlərə xəbərdarlıq etdi

Next Post

Şeyxin əlini öpsünlər – Millət vəkilindən təklif

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Şeyxin əlini öpsünlər - Millət vəkilindən təklif

Çavuşoğlu: Rusiya və Türkiyə Qarabağla bağlı razılığa gəldilər - 5 RAYON QAYTARILIR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.