"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Unibank” prezidentinin oğlu kreditləri qaytarmaq üçün qoçu axtarır — VAKANSİYA yoxsa ÖZÜNÜİFŞA?

14 Oktyabr 2016 - 13:38
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Ölkədə ardıcıl baş verən iki devalvasiyadan sonra gecikmiş və qaytarılmayan kreditlərin sayı çoxalıb.

 

Xüsusən dollarla kredit götürən vətəndaşlar kredit borclarını qaytarmaqda çətinlik çəkirlər. Banka borclu olan bir çox vətəndaş məhkəməyə verilib. Bəzi banklar isə bu məsələni məhkəmə ilə həll etməyə maraqlı deyillər.

Buna səbəb məhkəməyə müraciət olunan zaman həmin kredit bəzən müvəqqəti dondurulur və ya məhkəmə qərarına əsasən borclu şəxsin ödəyə biləcəyi məbləğ əsas götürülərək qərar çıxarılır. Eyni zamanda məhkəmə qərarı ilə kreditin müddəti də uzadılır. Bu səbəbdən banklar məsələni məhkəmədən öncə müştəri ilə həll etməyə çalışır.

“Unibank” isə sanki bu məsələni idmançılar vasitəsilə həll etməyi daha üstün tutur.

Belə ki, “Unibank” Ölkə qanunlarını “reket”, “vorzakon” qanunlarına əvəzləyən “BOA Kollektor” adlanan şirkət ilə müqavilə bağlayıb.

Ölkə.Az xəbər verir ki, daha öncələr də mətbuatdan tanıdığımız kimi “BOA Kollektor” iş elanı saytlarından birində “vaxtı keçmiş borcların qaytarılması üzrə mütəxəssis” vəzifəsi ilə bağlı vakansiya elan edib. Bankın namizədlə bağlı tələblərində isə birinci şərtin “idmançı görünüşlü” olması diqqəti cəlb edib. Həmin elanda qeyd edilir ki, rəhbərliyin verdiyi tapşırıqlar “yüksək səviyyədə” həll edilməlidirş Yəni Azərbaycan Respublikası qanunları çərçivəsində yox, rəhbərliyin verdiyi tapşırıqlar əsasında…

Həmin elan eynilə aşağıdakı kimidir:

Vaxtı keçmiş borcların qaytarılması üzrə Mütəxəssis

Müəsisə: “BOA Kollektor Agentliyi” MMC

Məvacib: 500 AZN
İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Öhdəliklər:
 
– İdmançı görünüşlü
– Həqiqi hərbi xidməti başa vurmalı
– Yaxşı nitq qabiliyyətinə, ünsiyyət qurmaq bacarığına malik olmalı
– Kollektivdə işləmə bacarığı
– Kompyuterdə işləmə bacarığı
– Stress altında işləmə bacarığı

Maraqlanan şəxslər öz CV-lərini office@boacollection.az elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı,Vaxtı keçmiş borcların qaytarılması üzrə Mütəxəssis, yazılmalıdır.
İş barədə məlumat:

Əsas vəzifə öhdəlikləri:

– Problemli Müştərilərlə əlaqə yaratmaq
– Ödənişləri təmin etmək
– Gecikmə səbəblərinin araşdırılması və problemin həlli üçün tədbirlər görülməsi
– Rəhbərliyin verdiyi bütün tapşırıqların vaxtında və yüksək səviyyədə həll edilməsi
Yaş: 20 – 35 yaş

Təhsil: Orta
Region: Bakı

Şirkətin rəhbəri kimdir?

Elchi.az-ın əldə etdiyi məlumata görə Şirkətin sahibi aşağıdakı fotoda gördüyünüz Samir Mustafayevdir. Şirkət əməkdaşlarının vətəndaşlarla ünsiyyət qurmaqdan çox, onları açıq hədələmələri belə təəssürat yaranır ki, kollektorun əməkdaşları sadəcə Samir Mustafayevə yox, həm də daha kimlərəsə güvənirlər.  Bu kollektorun əməkdaşlarına vətəndaşın böyrəyini satması göstərişini verən gücün qaynağı, onun kimliyi ən vacib suallardan biridir.

Mətbuatda “BOA Kollektor Agentliyi” nin “reketlik” fəaliyyəti ilə məşğul olduğu haqda bir neçə dəfə məqalələr yazılıb.

Ən maraqlı məqam isə budur ki, “BOA Kollektor Agentliyi”nin təsisçilərindən biri poker yarışında 1 milyon udan “Unibank”ın prezidenti Eldar Qəribovun oğlu İlkin Qəriblidir.

Belə ki, ölkədə fəaliyyət göstərən yeganə kollektor şirkəti olan agentliyinin həmtəsisçisilərindən biri də Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyevin oğlu Rüstəm Hacıyevdir.

Məsələni iqtisadçı ekspert Əkrəm Həsənov belə şərh edib:

“Məhkəmə istənilən halda qanuni yoldur. Məhkəmədən kənar vətəndaşa zəng edib dəng etmək, qorxutmaq, saxlamaq, döymək tamamilə qanunsuz əməllər sayılır. Ancaq bəzi banklar artıq qanunsuz olan yola üz tutublar. Bankların gözləməyə vaxtı yoxdur. Bankların vəziyyəti o qədər pisdir ki, onlar məhkəmədə prossesi udsalar da, qərara əsasən təyin edilən müddəti gözləyə bilmirlər. Vətəndaşlar da artıq bilir ki, məhkəmə prossesinin uzanması vətəndaşın xeyrinədir. Bəzi banklar bu səbəbdən qanunsuz hərəkətlərə əl atırlar.

Bu səbəbdən bəzi banklar belə şirkətlərlə müqavilələr imzalayır, bank işini bilən, hüquqi bilgiləri olan adamları yox, daha çox idmançı görünüşü olan, yaxşı danışa bilən, zəhimli insanların bu vəzifələrə cəlb edirlər. Prinsipcə belə işçiləri işə qəbul etmə məsələsində qanunsuz heç nə yoxdur. Ancaq bu işəqəbul sual yaradır ki, niyə məhz bu göstəricilər?”

Ekspert bu kimi şəxslərlə ünsiyyət qurmaq yerinə polisə müraciət etmək lazım olduğunu bildirib:

“Əgər bu şəxslər tərəfindən vətəndaşlara dəfələrlə zəng edilir və qapıları döyülürsə, polisə müraciət edilməlidir. Bankın bir qanuni yolu var, o da məhkəməyə müraciət etməsidir. Bank əgər məhkəmədən başqa digər vasitələrdən istifadə edirsə vətəndaşlar bundan qorxmamalıdır”.

Xatırladaq ki, bank işçiləri tərəfindən vətəndaşlara zəng və təhdid edilməsi, hətta bəzi kreditorların döyülməsi barədə faktlar ölkə mediası tərəfindən dəfələrlə işıqlandırılıb.

Natiq Həziquliyev

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Səudiyyə Ərəbistanının XİN rəhbərindən xəbərdarlıq – “Fəlakət olacaq”

Next Post

Baş nazirin xanımı Bakıda xalça toxudu – Fotolar

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Baş nazirin xanımı Bakıda xalça toxudu - Fotolar

FETÖ-nun girov götürdüyü general ABŞ-a getdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.