Türkiyənin Antalya vilayətinə “Qrad” raketi atılıb.
Xəbər 7 məlumat verir ki, raketlərdən biri Antalya-Kəmər magistral yoluna, balıqçı dükanına atılıb.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Bölgəyə polis və xüsusi təyinatlılar yeridilib, dağlıq ərazidə axtarışlar başlanıb.
Xatırladaq ki, bu ilin avqustunda sözügedən ərazidə polis avtomobilinə hücum olmuşdu. Yola quraşdırılan bombanın partlaması nəticəsində 2 hərbçi yaralanmışdı.




