Respublikaçılar partiyasından prezidentliyə namizəd olan Donald Tramp bəyan edib ki, ABŞ-da əksər seçki məntəqələrində seçkilər saxtalaşdırılır.
Bu barədə milliarder-namizəd öz şəxsi “Twitter” səhifəsində yazıb.
“Seçkilər dürüst olmayan və ədalətsiz KİV-lər tərəfindən pozulur, onları da Hillari Klinton dəstəkləyir. Eyni hal seçki məntəqələrində də baş verir. Bu üzücüdür”, – deyə Trampın bəyanatında bildirilir.
Tramp bundan öncəki çıxışında bildirmişdi ki, Amerika KİV-ləri prezident seçimləri yaxınlaşdıqca seçiciləri gözündən salmaq üçün hər bir addımı atır.




