Müğənni-bəstəkar Emin Ağalarov Rusiya şou-biznesinin məşhur cütlüyü Alla Puqaçova ilə Maksim Qalkini 2017-ci ilin yayında Bakıda keçiriləcək “Jara” Beynəlxalq Musiqi Festivalına dəvət edib.
Ağalarov bu barədə sosial şəbəkədə məlumat yayıb.
Qeyd edək ki, Azərbaycanda ikinci dəfə reallaşacaq festival gələn il iyulun 27-dən 30-na kimi baş tutacaq.





