Şimali İraqda İŞİD-in qalası hesab olunan Mosulun azad edilməsi Avropada yeni təhlükənin əsasını qoyacaq.
Axar.az xəbər verir ki, bu sözləri Avropa Birliyi Təhlükəsizlik Komissiyasının rəisi Culian Kinq deyib.
“Döyüş bölgəsində Avropadan gələn təxminən 2 min 500 terrorçu var. Onların bir qismi öləcək, digəri isə öz ölkələrinə qayıdacaq. Bu da Avropada yeni təhlükə deməkdir. Çox diqqətli olub, müəyyən yollarla terrorçuların qarşısını almalıyıq”, – deyə Culian Kinq bildirib.




