Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən gün ərzində 4796 sürücünün inzibati xəta törətdiyini aşkar edib.
Oktyabrın 17-də ölkə ərazisində inzibati məsuliyyətə cəlb edilən sürücülərdən 34-ü sükan arxasına sərxoş halda əyləşdiyinə görə cəzalandırılıb.
Sürət həddini aşdığına görə 1695 sürücüyə elektron protokol (MMX) tərtib edilib.




