"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Putin dostlarını vəzifədən uzaqlaşdırdı: Böyük hücum

22 Oktyabr 2016 - 11:00
in XƏBƏR LENTİ
Putin dostlarını vəzifədən uzaqlaşdırdı: Böyük hücum

Rusiyada həyat standartları aşağı düşür və bu da öz növbəsində etiraz aksiyalarının yaxınlaşdığını göstərir.
 
Axar.az xəbər verir ki, bu iddia ilə Atlantika Şurasının eksperti Andres Aslund çıxış edib.
Onun sözlərinə görə, Rusiyada qeyri-stabilliyin əsas səbəbi xüsusi xidmət orqanları arasındakı konflikt olacaq:
 
“Putin çalışır ki, Rusiya xüsusi xidmət orqanları və dövlət idarəçiliyini dəyişsin. O, hakimiyyəti öz əlində birləşdirməyə çalışır, amma bu işdə ona keçmiş KQB (Dövlət Təhlükəsizlik Komitəsi – red.) generallarının hələ də hökmran olduğu Təhlükəsizlik Şurası mane olur. 2000-ci ildə prezident olanda Putin özünün KQB-dən və Sankt-Peterburqdan olan dostlarına qarşı loyal idi. Lakin indi hər şey dəyişib. KQB generalları bir-bir vəzifələrini itirirlər. Hətta rusiyalı jurnalist Yevgeni Kiselyov Moskvadakı vəziyyəti Stalinin 1937-ci ildəki təmizləmələrinə bənzədib. Putini keçmişdən tanıyan, onu özünə bərabər sayan hər kəs öz yerindən uzaqlaşdırılır.
Hər şey 2015-ci ilin avqustunda başladı. O zaman Putinin dostu və Rusiya Dəmir Yollarının nüfuzlu rəhbəri Vladimir Yakunin öz vəzifəsini itirdi. Fevralda isə dövlət bankı olan “Vneşekonombank”ın rəhbəri Vladimir Dmitriyev işdən qovuldu. Məhz onun maliyyə müəssisələri Soçidəki olimpiya oyunlarını maliyyələşdirirdi. Bu yay isə Putin ən yaxın dostu olan Viktor İvanovu Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidmətin rəhbəri vəzifəsindən çıxartdı. Avqustda Sergey İvanov postunu itirdi. Onların hamısını gənc, xüsusi xidmət orqanlarından olan loyal texnokratlar əvəz etdi.
Apreldən etibarən Rusiya xüsusi xidmət orqanları Yeltsin dövründən bu yana ilk dəfə böyük yenilənmə prosesinə başladılar. “Kommersant”ın məlumatına görə, indi bütün xüsusi xidmət orqanlarının hamısı Federal Təhlükəsizlik Xidmətinin tərkibində cəmləşəcək. Bu isə daha çox KQB-ni xatırladır.
Başqa bir məqam isə Rusiyada prezidentlik institutunun ləğvi ilə bağlı iddiadır. Onun yerinə Siyasi Büronu xatırladan qurum yaranacaq və Putin onun baş katibi olacaq. Nəticədə o öz hakimiyyətini davam etdirmək üçün göstəriş xarakterli seçkilər keçirəcək. Rusiyada bu plana qarşı çıxacaq yeganə qüvvə Təhlükəsizlik Şurasıdır. O, daha çox SSRİ Siyasi Bürosunu xatırladır. Putin isə artıq bu şuranın KQB agenti olan üç üzvünü təqaüdə göndərib. Onları öz adamları ilə əvəz edib. Görünür, Putin böyük hücuma hazırlaşır, amma bu hücum onun məğlubiyyətinə çevrilə bilər”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türk tankları Suriyaya girdi: kürdlər vurulacaq

Next Post

`Torpaqlar Azərbaycanın nəzarətinə qaytarılmalıdır` – Uorlik

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`Torpaqlar Azərbaycanın nəzarətinə qaytarılmalıdır` - Uorlik

Eldar Həsənova ağır itki

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.