"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Vurğun Stalinin ölümünü necə qarşıladı?

27 Oktyabr 2016 - 09:53
in XƏBƏR LENTİ

Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Minəxanım Nuriyeva-Təkləli eşitdiyi, gördüyü və oxuduğu maraqlı əhvalatları kiçik hekayətlər şəklində yazır.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Axar.az professorun xalq yazıçısı Yusif Səmədoğlu və xalq şairi Vaqif Səmədoğlu ilə bağlı qələmə aldığı xatirə yazısını təqdim edir:

 

Mənim qızlarım var, sən isə…

 

Şair İslam Səfərli Vaqif küçəsindəki “Yazıçılar Evi”ndə xalq şairi Səməd Vurğunun oğlu Yusif Səmədoğlu ilə qonşu idi. O evdə olan hər kəs bilir ki, təpə döşündə yerləşdiyindən mərtəbələr həyətdən girəndə və ya küçədən girəndə düz gəlmirdi. Bunların da evlərində mərtəbə fərqləri vardı: eyni evin alt və üst qatlarında yaşayırdılar. Bir gün şair İslam evinə gələrkən mərtəbəni səhv salıb, Yusifin qapısını döyür. Qapını ona açan Yusif də şairi qonaq olaraq evə buraxır. İslam Səfərli isə elə bilir ki, öz evindədir. Yusif Səmədoğlunu da evində müsafir sanaraq, onun əynindəki şorta baxıb, özündən çıxır. “Bala, evimdə gənc qızlarım var, sən isə belə gəzirsən, axı sən yaxşı bir kişinin oğlusan, eyib deyilmi?” – deyir.

 

Eh, televizorda görmüşəm də…

 

Yusif Səmədoğlu yazıçı dostları ilə Misirdə yaradıcılıq ezamiyyətində olarkən onlar qaydalara müvafiq olaraq bəlli bir proqram üzrə gəzməli, görüşlər keçirməli, tədbirlərdə iştirak etməli, əylənməli, istirahət etməli idilər. Lakin Yusif Səmədoğlu bu məhdudiyyətlərə alışa bilmir, öz bildiyi şəkildə hərəkət etmək istəyir. Həm də Misirin istisi onu təntidir, sərin hoteldə qalıb dincəlməyi üstün tutur. Növbəti səfər Misir ehramlarına idi. Səhər yeməyindən az sonra servis maşınlarına doluşub getməli idilər. Nə qədər dilə tutsalar da, Yusif bəy tərpənmək istəmir. Axır yaxasını onlardan qoparmaq üçün “eh, əl çəkin… televizorda görmüşəm də…” – deyir.

 

Nazim Hikmətin tövsiyəsi

 

Yusif Moskvada Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olub oxumağa başlayanda Səməd Vurğun sağ idi. Bu zaman şair onu Nazim Hikmətlə də tanış etmişdi. Bir dəfə söhbət zamanı Nazim Hikmət Yusifdən öz yazılarını hansı təxəllüslə yazacağını soruşur. Yusif ona cavab verir ki, Yusif Vəkilov. Nazim Hikmət özünəməxsus qətiyyətlə “Onda elə biləcəklər, russan. Atan böyük insandır, onun adını özünə təxəllüs götür, ol Yusif Səmədoğlu”, – deyir. Sonralar ona baxaraq kiçik qardaşı Vaqif də həmin təxəllüsü götürür: Vaqif Səmədoğlu.

 

Səməd Vurğun Stalin öləndə…

 

Yusif Səmədoğlu orta məktəbi qızıl medalla bitirir. Çoxdankı arzusunu yerinə yetirməyin vaxtı çatmışdı: adı dillər əzbəri olan Qorki adına Ədәbiyyat İnstitutunun tələbəsi olmaq, o binanın qapısından içəri girmək, pilləkənlərini qalxmaq, divarları arasında ədəbiyyat yolçuluğuna çıxan yüzlərlə müdavimə qaynayıb-qarışmaq. Yusifin Ədəbiyyat İnstitutuna qəbul olunması evdə böyük sevinclə qarşılandı. Hamıdan çox atası Səməd Vurğun sevinirdi.

 

Vaqif Səmədoğlu deyir:

 

– Atam Sәmәd Vurğunun ağlamasını iki dəfə görmüşәm: bir Stalin ölәndә, bir dә Yusif Moskvada Әdәbiyyat İnstitutuna qәbul olunanda.

 

İkisi də gəncəlidir axı…

 

Xalq şairi Vaqif Səmədoğlu xatırlayır: “Ədəbiyyat muzeyində Nizaminin portretinin müzakirəsi gedir (bu, Nizaminin yubileyi ərəfəsində 1940-cı illər olmalıdır). Hazır portret ciddi müzakirə edilir. Hansı rəsm qəbul olunsa, demək, o, bundan sonra şairin şəkli olaraq rəsmiləşəcək. Hamı öz fikrini deyir, bəzilərinin isə söz demək xətrinə danışdığı görünür. Şair Zeynal Xəlil “Bu portretlərdə nəqş olunan kişilər hamısı yaraşıqlıdır, amma nə bilək, bəlkə, Nizami adidən adi bir çöhrəyə, xarici görünüşə malik adam olub”, – deyir.

 

Səməd Vurğun da yerdən məzəli-məzəli dillənir:

 

– Kişi düz deyir də, bəlkə, Nizami Gəncəvi elə Zeynala oxşayıb, onun kimi qara, balacaboy olub – ikisi də gəncəlidir axı.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Erməni təxribatının qarşısı alındı – Düşmən itki verdi

Next Post

Evləri su basdı – 48 nəfər xilas edildi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Evləri su basdı - 48 nəfər xilas edildi

Ağ evin `qara demokratiya`sı - Rəsmi qəzetdən sərt yazı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.