
Prezident Pyotr Poroşenko Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin etimadnaməsini qəbul edib.
Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycanın və İraqın Ukraynaya təyin olunmuş yeni səfirlərinin etimadnamələrini qəbul edib
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev etimadnaməsini Ukrayna Prezidenti Pyotr Poroşenkoya təqdim edərək, ona Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin xoş və səmimi salamlarını çatdırıb.
Etimadnaməni qəbul edən prezidenti Pyotr Poroşenko, Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən söz açıb. O,səfir Azər Xudiyevə ölkələrimiz arasındakı çoxşaxəli əlaqələrin dahada inkişaf etdirilməsi istiqamətində uğurlar arzulayıb.
Prezident Pyotr Poroşenko BMT TŞ-da Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Rəsmi Ukraynanın Dağlıq Qarabağ münaqışəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi istiqamətində yürütdüyü siyasətin dəyişmədiyini və bundan sonrada beynəlxalq arenada Azərbaycanın istənilən haqqlı mövqeyinə dəstək verəcəyini qeyd edib.
Bu ilin iyul ayında Azərbaycana rəsmi səfərini məmnunluqla xatırlayan Pyotr Poroşenko,prezident İlham Əliyevin rəhbərliyi ilə tək Azərbaycanda deyil,ümumiyyətlə ,bölgədə qlobal sosial iqtisadi layihələrin həyata keçirildiyini bildirib.O,ölkəmizin inkişaf edərək cənubi qafqazda lider dövlətə çevrilməsinin fərəhləndirici hal olduğunu qeyd edərək, son illər yenidən qurulmuş Bakı şəhərinin gözəlliyinə valeh olduğunu deyib.
Pyotr Poroşenko Azərbaycan və Ukrayna Prezidentləri Şurasında, o cümlədən iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyasının 11-ci iclasında əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyini bildirib. Rəsmi Kiyevin Azərbaycanla iqtisadi,ticari əlaqələrin inkişaf etdirilməsinə xüsusi maraq göstərdiyini söyləyən prezident Poroşenko,bu istiqamətdə ölkələrimiz arasında müştərək istehsalat şirkətlərinin qurulmasının zəruriliyini qeyd edib.
Azərbaycanın dövlət müstəqilliyinin 25-ci il dönümü münasibəti ilə xalqımıza xoş və səmimi təbriklərini ünvanlayan Pyotr Poroşenko,müstəqil dövlətimizin inkişafı naminə müstəsna xidmətlər göstərən prezident İlham Əliyevə səmimi salamlarını çatdırmağı xahiş edib.
Azərbaycanla bağlı dediyi isti və səmimi sözlərə görə Ukraynanın dövlət başçısına dərin minnətdarlığını bildirən səfir Azər Xudiyev beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınan Azərbaycan Ukrayna dostluğunun daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.
Elchi.az



