Qanunsuz ağac kəsən hüquqi şəxslər 45 min manatadək cərimələnəcək; fiziki şəxslərin də cəzaları ağırlaşdırılır
Ağacların qanunsuz kəsilməsinə görə cəzalar sərtləşdirilir. Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Aqrar siyasət komitələrinin oktyabrın 16-da keçirilən birgə iclasında geniş müzakirələr aparılıb. İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə dəyişikliklərin müzakirəsi zamanı deputatlar yaşıllıqların məhvinə etiraz ediblər.
Müzakirəyə təqdim olunmuş layihəyə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər 2 min manat miqdarında, vəzifəli şəxslər 4 min manat miqdarında, hüquqi şəxslər isə 25 min manat miqdarında cərimə ediləcək. Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən hər bir ağacın və ya kol əkililərinin qanunsuz kəsilməsinə, zədələnməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər 1200 manat miqdarında, vəzifəli şəxslər 5 min manat miqdarında hüquqi şəxslər isə 35 min manat miqdarında cərimələnəcək. Bundan başqa, magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə görə fiziki şəxslərə 2500 manat, vəzifəli şəxslərə 6 min manat, hüquqi şəxslərə 40 manat miqdarında cərimə kəsiləcək. Su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə kəsilməsinə görə fiziki şəxslər üç min yüz manat, vəzifəli şəxslər yeddi min manat, hüquqi şəxslər isə qırx beş min manat cərimələnəcək. Məcəllənin 253-cü maddəsinə 253.4 hissə əlavə edilib. Əlavəyə görə, Meşə fonduna daxil olmayan ağac və ya kolların zədələnməsinə görə fiziki şəxslər yüz manat, vəzifəli şəxslər iki yüz manat, hüquqi şəxslər isə min manat cərimələnəcək.
Müzakirələrdə çıxış edən deputat Rövşən Rzayev bildirib ki, təmsil etdiyi Göygöl rayonunda ağaclar sürətlə kəsilir və buna səbəb insanların istiliklə təminatında yaranan problemlərdir. O qeyd edib ki, həmin dağətəyi bölgədə yaşayan insanlar qış aylarında istiliklə təmin olunsalar, ağacları kəsməzlər. R. Rzayev onu da bildirib ki, paytaxt Bakıda da son vaxtlar ağaclar çox kəsilir və bunun kimlər tərəfindən edildiyi hələ də məlum deyil.
“Hamımız Avropada oluruq. Orada hara baxırsan yaşıllıqdır. Avropada yaşıllığı Allah salır, Allah da suvarır”. Modern.az xəbər verir ki, bu sözləri birgə müzakirələrdə komitə sədri Eldar İbrahimov söyləyib. Deputat Meşə Məcəlləsində dəyişikliklərin müzakirəsində deyib ki, Azərbaycanda ağac əkilsə də, su problemi hələ də qalır: “Avropanın suyu da, yağışı da var. Orada xüsusi hansısa su anbarları yoxdur ki… Azərbaycanda ağacı əkirsən, amma su yoxdur suvarmağa. Misal üçün, Şamaxı yolunda o qədər ağaclar var, amma su yoxdur. Bizim çətinliklərimiz də var. Amma ağacları qorumaq hər birimizin borcudur”.
Ekologiya və təbi sərvətlər nazirin müavini Firdovsi Əliyev son dəyişikliklə yiyəsiz qalmış meşələr onların nazirliyinə veriləcək. “Nazirlik 9 ay ərzində 146 nəfəri 274.200 manat cərimələyib. 154 fakt üzrə iş hüquq-mühafizə orqanlarına göndərilib, 16 iş isə məhkəməyə verilib” deyə, o bildirib.
Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə də dəyişiklik edilməsi zəruri sayılıb. Belə ki, Məcəllənin 57-ci maddəsinə yeni bənd əlavə edilib. Əlavəyə görə, tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam dürüst əks olunmalı, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır. Həmçinin, məcəllənin 68-ci maddəsinə də bəndlər əlavə edilib. Əlavəyə əsasən, tikinti işləri ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və sanitariya-gigiyena, habelə yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına uyğun olaraq həyata keçirilməlidir.