Bu gün Avropa Birliyi ilə Kanada arasında azad ticarət zonası haqqında müqavilə (CETA) imzalanacaq.
Bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.
CETA Avropa Birliyi ilə ABŞ arasında imzalanacaq ticarət müqaviləsinin (ticarət və investisiya sahəsində əməkdaşlıq haqqında transatlantik müqaviləsi, TTİP) analoqu hesab edilir. TTİP əleyhdarlarının sayı AB-də kifayət qədər çoxdur. CETA məhz TTİP-in test modeli hesab edilir.
CETA ilə bağlı əsas problem transmilli korporasiyaların AB-dəki dövlət orqanlarını məhkəməyə verməsi haqqında maddədir. Bu maddəyə əsasən, ölkənin siyasəti bu şirkətləri investisiya maraqları qarşısında maneə yaratmamalıdır. CETA həmçinin AB bazarlarının Kanada şirkətlərinin üzünə tam açılmasına imkan verəcək ki, bu da bir çox yerli sahibkarı narahat edir. Onların fikrincə, məhz bunun nəticəsində Kanadadan AB-yə ucuz süd və ət idxalı artacaq.




