"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türkiyə Rusiyanın “Hələb əvəzinə əl-Bab” “bazarlığı”nı qəbul etmədi

29 Oktyabr 2016 - 09:01
in XƏBƏR LENTİ
Türkiyə Rusiyanın Hələbdə silahlılar hökumət qüvvələrinə hücuma keçdi, Ankara isə Hələbin ASO tərəfindən alınmasını istəyir

Hələb şəhərində Şamın Fəth Cəbhəsi (keçmiş ən-Nusra) və digər qruplaşmalar hökumət qüvvələrinə hücuma keçiblər. Ötən həftə Rusiya və Suriya hökumət qüvvələrinin bir neçə günlük atəşkəsindən sonra bu dəfə müxaliflər hücuma keçərək mühasirəni yaramağa çalışıblar. Hələb indi həm hökumət, həm də müxaliflər üçün mühüm əhəmiyyət kəsb edir. Şəhərin tamamən bir tərəfin əlinə keçməsi uğrunda toqquşmalar davam edir.
Rusiya prezidenti Vladimir Putin isə bildirib ki, Rusiya və ABŞ arasında Suriya münaqişəsi ilə bağlı danışıqların nəticəsiz olduğunu deyib. Soçidə keçirdiyi brifinqdə prezident Putin deyib ki, Obama ilə terrora qarşı mübarizə ilə bağlı şəxsi danışıqları da uğursuz nəticələnib. O, bu məsələdə “üçüncü qüvvələrin” araya girdiyini deyib. Putin bildirib ki, Qərb Hələblə Mosula eyni gözlə baxmalıdır.
Bununla da o, Mosulda da dinc əhalinin olduğunu, ancaq buna baxmayaraq ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Mosula qarşı əməliyyatda iştirak etdiyinə işarə verib. Qeyd edək ki, Rusiya aviasiyası Hələbin islamçı qrupların nəzarətində olan şərq rayonlarını bombalayır, sonuncu belə bombardmanların birində məktəb də vurulub və xeyli sayda şagird dünyasını dəyişib. Putin deyib ki, Qərblə Hələbdəki müxaliflərlə terrorçu qruplar arasında ayrılması mövzusunda da anlaşa bilməyiblər.
Hələbdəki qruplaşmalar isə şəhərin tamamilə ələ keçirənədək əməliyyatları davam etdirəcəklərini bəyan ediblər. Hücum əməliyyatını Hələb Fəth Ordusu adı altında birləşmiş silahlı dəstələr həyata keçirir. Hücumda “Qrad” və “Fil” raketlərindən istifadə olunur. Oktyabrın 28-də günorta saatlarında silahlılar Dahiyyətul Əsəd bölgəsində hökumət qüvvələrinin müqavimətini qırdıqlarını bəyan ediblər. amma hökumət məlumatı təsdiqləmir.
Bu arada Türkiyə mediası Rusiya hakimiyyətinin Ankaraya Hələbin qarşılığında əl-Bab şəhərini təklif etməsi ilə bağlı xəbər paylaşıb. İddiaya görə, Moskva Ankaraya Hələb “bazarlığı”təklif edib. Belə ki, ruslar Türkiyənin Hələbdən dəstəyini çəkməsi və şəhərin hökumət qüvvələrinin nəzarətinə keçməsi qarşılığında Suriyanın şimalında yerləşən əl-Bab şəhərinin türklərin əlinə keçməsini təklif edib. Bu iddianı gücləndirən prezident Ərdoğanın ötən həftə etdiyi çıxış oldu.
Ərdoğan bildirib ki, Putinlə danışıqlarında Hələbin taleyini müzakirə ediblər. Sitat: “Bunu hörmətli Putinə də danışdıq. Hələbdəki terror qrupları ilə mübarizə aparaq. Amma Hələb hələblilərindir. Bunu açıqlamamız lazımdır. Hələb üzərindən bir anlaşma edə bilmərik. Bizim Hələblə qohumluq əlaqələrimiz var. Hələbdə işğal olarsa burdakı insanlar Qaziantep, Kilis kimi şəhərlərə gələcəklər”.
Ancaq medianın iddiasına görə, Ankara bu təklifi qəbul etməyib. İndi isə şəhərdəki silahlı qruplar hərəkətə gələrək Hələbin hökumətin nəzarətində olan bölgələrini də ələ keçirməyə çalışır. Qeyd edək ki, Türkiyə hakimiyyəti Hələbin Azad Suriya Ordusu qruplaşmasının nəzarətinə keçməsini istəyir. 
Rusların təklif etdiyi əl-Bab bölgəsi isə hazırda Türkiyə ordusunun hədəfində olsa da, irəliləyən Türkiyə ordusu və müttəfiqlərinin əl-Babda kürdlərlə toqquşması qaçılmazdır. Çünki kürdlərin İŞİD-dən aldıqları bölgələri ASO və Türkiyə ordusuna müqavimətsiz təslim etməsi inandırıcı deyil. Bir neçə gün öncə Suriyada Rusiya-Türkiyə anlaşmasının pozulması haqda yazmışdıq. Görünür ki, rusların təşəbbüsü olan Suriyanın şimalının Türkiyə ordusunun, Hələbin isə hökumət qüvvələrinin nəzarətinə keçməsi planı, yəni böyük anlaşma baş tutmayıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Serbiya Patruşevin gizli səfərini təsdiqlədi

Next Post

Özəl klinikalara təhlükə – Sığorta məsələsi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Özəl klinikalara təhlükə - Sığorta məsələsi

Bakıda 1000-ə yaxın bina söküləcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.