"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Məşhur `Əfqan qızı` azadlığa buraxıldı

31 Oktyabr 2016 - 19:25
in XƏBƏR LENTİ

National Geographic jurnalının üz qabığındakı foto ilə yaddaşlarda qalan “Əfqan qızı” ləqəbli Şərbət Gula saxta pasportla Pakistanda yaşamaq icazəsi almaq ittihamı ilə həbs edildikdən sonra zaminə buraxılıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

14 il həbs cəzası ilə üz-üzə qalan Gulaya görə Pakistanın daxili işlər naziri də məsələyə müdaxilə edib.

Nazir Çaudhri Nisar Əli Xan “deyəsən bu məsələyə, həm onun qadın olması, həm də insani bir acını tərənnüm etməsinə görə yenidən baxası olacam” deyib. Lakin nazir deyib ki, Gulaya qarşı ittihamlar ləğv edilməyəcək.

“Əgər onun barəsindəki ittihamları ləğv etsək və onu ölkədən çıxarsaq ona saxta pasport verən şəxslər barədə də ittihamları geri götürməliyik. Burada əsl günahkar onlardır və mən onların cəza çəkməsini istəyirəm”.

Eichi.az  “BBC Azərbaycanca”ya istinadən xəbər verir ki, sən demə “Əfqanqızı” 2 ildir həbsdə imiş.

Məlumata görə, Gula 2014-cü ilin aprelində “Şərbət Bibi” adından istifadə edərək Pakistanda saxta pasport üçün müraciət edib.

Pakistanın Federal Araşdırma Bürosu Şərbət Gulanı “yaşamaq icazəsi saxtakarlığı” ittihamı ilə iki ildir Peşaver kəndində həbs edib.

Əfqanıstandakı müharibə vəziyyətindən qaçan minlərlə əfqan müxtəlif yollarla Pakistana sığınmağa çalışır.

Bu ölkədə saxta pasportlarla əlaqəli başlanan əməliyyatlar nəticəsində 60,675 saxta sənəd ələ keçirilib.

BMT bildirib ki, Pakistanda 1,4 milyon qeydiyyatlı əfqan qaçqın yaşayır. Qeydiyyatsız qaçqınların sayının isə 1 milyondan çox olduğu güman edilir.

12 yaşlı Şərbət Gula qorxu dolu yaşıl gözlərinə görə 1985-ci ildə National Geographic jurnalının üz qabığında çap edilmiş fotodan sonra məşhur olub və fotoqraf Steve McCurry-ə məşhurluq gətirib.

Steve McCurry 1984-cü ildə Pakistanın şimal-qərbində qaçqın düşərgəsində Gülanın fotosunu çəkib. 17 il Şərbət Gulanı axtaran McCurry onu 2002-ci ildə tapıb. Həmin vaxt Gula Əfqanıstanda bir kənddə çörəkçi əri və 3 uşağı ilə birgə yaşayırdı.

McCurry həbs xəbərini eşitdikdən sonra Instagram-da Şərbət Gulanın ikonik fotosunu paylaşıb: “Ona və ailəsinə hüquqi və iqtisadi yardım etmək üçün nə lazımdırsa etməyə hazıram. Rəsmilərin bu hərəkətinə mümkün olan ən güclü şəkildə etiraz edirəm. O bütün həyatı boyu əziyyət çəkib və bu həbs onun insan haqqının ən qorxunc şəkildə pozulmasıdır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putin son hücum əmri verib – NATO qorxuda

Next Post

Hava yenə pisləşəcək, qar yağacaq – Xəbərdarlıq

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Hava yenə pisləşəcək, qar yağacaq - Xəbərdarlıq

“Vikileaks” Hillari Klintonun erməni məsələləri üzrə gizli yazışmalarını dərc edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.