"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Millimizin rəqibi: “Dözümlü olmalıyıq”

02 Noyabr 2016 - 18:00
in XƏBƏR LENTİ

Biz futbola böyük məbləğdə sərmayə qoyan ölkənin komandası ilə qarşılaşacağıq. Bakının 2020-ci il Avropa çempionatının final mərhələsinin oyunlarının keçiriləcəyi şəhərlərdən biri olması da bundan xəbər verir.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Report-un məlumatına görə, bunu Şimali İrlandiya milli komandasının baş məşqçisi Maykl O Nil Azərbaycan yığması ilə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə yerli mətbuata açıqlamasında deyib.

 

47 yaşlı mütəxəssis Azərbaycan klublarının daha da gücləndiklərinə diqqət çəkib, Çempionlar Liqasında mərhələ adladıqlarını, Avropa Liqasında isə 2 komandanın qrup mərhələsində oynadığını xatırladıb:

 

“Onlar vaxtaşırı ölkə xaricinə baş məşqçi tapmaq üçün üz tutublar. Əvvəllər yığmaya Berti Foqts rəhbərlik edirdisə, indi bu vəzifədə Robert Prosineçki çalışır. Yəni rəqibimiz çox ambisiyalıdır. İstəyirlər ki, irəli getsinlər. Buna görə də Azərbaycana qalib gəlmək gücündə olmalıyıq”.

 

Maykl O Nil bildirib ki, komandası noyabrın 11-də doğma meydanda qələbə qazana bilsə, turnir cədvəlində vəziyyətini yaxşılaşdıracaq:

 

“Bu bizim hədəfimiz olmalıdır. Qələbə seçmə tsiklin ikinci hissəsi üçün bizə böyük impuls verə bilər. Bu, açar oyun olmayacaq. Amma fasiləyə yaxşı əhval-ruhiyyədə çıxa və gələn il keçirəcəyimiz qalan matçlarda yolumuza davam edə bilərik. Rəqibə ciddi yanaşmasaq, bizə problem olacaq. Qrupda ikinci yer uğrunda mübarizədə əslində əsas təhlükə mənbəyi kimi Çexiya və Norveçi görürdük. Amma onlar növbəti rəqibimizlə görüşdə xallar itirdilər. Azərbaycan da qrupu ilk 2 pillədə başa vurmaq üçün ciddi addımlar atacaq. Bu səbəbdən, problemlə üzləşəcəyik”.

 

Baş məşqçi Azərbaycan yığmasının həm ev, həm də səfər matçlarında meydanın dərinliklərindən oynadığını, əks-hücumlarda isə böyük təhlükələr yaşatdığını vurğulayıb: “Rəqibimizin oyunlarını izləmişik. Çox yaxşı müdafiə olunurlar. Bunu 3 oyunda qapılarını toxunulmaz saxlamaları da sübut edir. Bu baxımdan, gərgin və sərt mübarizə şəraitində keçəcək oyunda dözümlü olmalıyıq”.

 

Qeyd edək ki, noyabrın 11-də Belfastdakı “Vindzor Park”da keçiriləcək Şimali İrlandiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakı-Sumqayıt qatarına bilet ucuzlaşdı

Next Post

`Dekanlıq tələbələrə hədə-qorxu gəlib` – Rektor

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`Dekanlıq tələbələrə hədə-qorxu gəlib` - Rektor

Azərbaycan Ordusu irimiqyaslı təlimlərə başlayır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.