"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Prezident Azərbaycan mediasına daim diqqət və qayğı ilə yanaşır” – Əli Həsənov

03 Noyabr 2016 - 21:43
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bu gün Heydər Əliyev Sarayında Azərbaycan televiziyasının 60 və radiosunun 90 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilir.
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Əvvəlcə xalq çalğı alətləri orkestrinin ifasında “Radio marşı” səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin Azərbaycan Radiosu və Televiziyasının yubileyində iştirakı zamanı çıxışından bir hissə nümayiş etdirilib.
Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov teleradio sahəsində çalışan bütün insanları milli radiomuzun 90, televiziyamızın 60 illiyi münasibətilə təbrik edib.
Ə.Həsənov radio və televiziyanın Azərbaycan xalqının tarixi inkişafındakı rolundan danışıb: “Azərbaycanda teleradionun inkişafının sovet dövrü, xüsusilə də ötən əsrin 70-80-ci illəri çox əhəmiyyətli olub. Məhz həmin illərdə biz Azərbaycan dilini, ədəbiyyatını, tarixini, zəngin və çoxcəhətli milli mədəniyyətimizi yenidən dərk etmək və qiymətləndirmək imkanı əldə etdik. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünü əhatə edən bu illər milli özünüdərkin oyanmasında yeni mərhələ olub. Sovet dövründə Heydər Əliyevin Azərbaycanda tətbiq etdiyi idarəçilik üsulu xalqın milli-mənəvi dirçəlişində xüsusi rol oynadı”.
Azərbaycan teleradiosunun müstəqillik dövründə keçdiyi inkişaf yolundan bəhs edən Ə.Həsənov deyib ki, müstəqilliyin ilk illərində ölkədə yaranmış çətin və qarışıq ictimai-siyasi şərait teleradioya da təsirsiz ötüşməmişdi: “Ölkədə hökm sürən hərc-mərclik, xaos və anarxiyanın təzahürləri həm də kütləvi informasiya vasitələrinə sirayət edir, Azərbaycan xalqı üçün olduqca taleyüklü bir dövrdə medianın öz tarixi missiyasını lazımınca yerinə yetirməsinə imkan vermirdi. Lakin Heydər Əliyevin hakimiyyətdə olduğu illər Azərbaycan televiziya və radiosunun inkişafında da mühüm mərhələ oldu”.
Prezidentin köməkçisi bildirib ki, bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, media sahəsində də Heydər Əliyevin siyasəti və ənənələri uğurla davam etdirilir: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan mediasına daim diqqət və qayğı ilə yanaşır, onun problemlərinin həlli və inkişafı üçün lazım olan bütün tədbirləri görür. Son 12 ildə teleradio fəaliyyətinin qanunvericilik bazası xeyli gücləndirilib. Son illər respublikamızda informasiya-kommunikasiya sistemlərinin inkişafına diqqət artırılıb, ölkəmiz 2 kosmik peykini orbitə buraxaraq kosmik dövlətlərin sırasına qoşulub. Hazırda Azərbaycanda 10 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 ümumrüspublika və 3 regional radio fəaliyyət göstərir. Azərbaycan ərazisində rəqəmsal yayımın tətbiqinə başlanıb”.
Ə.Həsənov xatırladıb ki, Azərbaycan Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” 2010-cu il 22 iyul tarixli sərəncamı ilə jurnalistlər üçün yaşayış binası tikilib, 156 KİV əməkdaşına, o cümlədən televiziya və radio işçilərinə paylanıb: “2013-cü ildə Azərbaycan Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq jurnalistlər üçün yeni 256 mənzilli binanın təməli qoyulub. Hər il mətbuat işçilərinin bayramlarında, televiziya və radio günü ərəfəsində əməkdə fərqlənən teleradio işçiləri müxtəlif dövlət mükafatları, fəxri adlar, orden və medallarla təltif edilirlər. Əminəm ki, milli televiziyanın 60 və radionun 90 illik yubileyi ilə bağlı da Azərbaycan teleradio işçiləri müxtəlif dövlət mükafatları və fəxri adlara layiq görüləcəklər”.
Ə.Həsənov qeyd edib ki, müasir dövrdə informasiya-kommunikasiya sistemləri sürətlə inkişaf edir: “İnternet getdikcə yazılı mətbuatın əhatə dairəsini və teleradio məkanını daraldır. Buna baxmayaraq, Azərbaycanda teleradionun auditoriyası hələ də böyükdür və bu sahə yeni texnologiyalardan bacarıqla yararlanaraq, ölkə əhalisinin 85%-nin informasiya ehtiyacını ödəyə bilir”.
Sonra Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli çıxışında bildirib ki, bu gün Azərbaycan teleradio məkanında mühüm hadisə baş verir. Azərbaycan radiosunun 90, Azərbaycan televiziyasının isə 60 illik yolu bir tarixə çevrilir: “Teleradionun inkişaf yolunun çox hissəsi sovet dövrünə təsadüf edib. Sovet dövründə ağır ideoloji şərtlərə baxmayaraq, Azərbaycan televiziyası və radiosu Azərbaycan dilinin, mədəniyyətinin və incəsənətinin qorunmasında mühüm işlər görüb”.
N.Məhərrəmli qeyd edib ki, müstəqilliyin ilk illərində teleradio yayımında bir xaos hökm sürürdü: “Ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra bu halların aradan qaldırılması üçün əsaslı tədbirlər görüldü”.
Şura sədri deyib ki, müstəqillik illərində teleradio məkanında fəaliyyəti tənzimləyən qanunvericilik bazası formalaşdırılıb: “Bu gün Azərbaycan televiziya və radiosu çox böyük potensiala malikdir. Bu gün Azərbaycanda həm özəl, həm də dövlət radio və telekanallarının olması Azərbaycanın teleradio məkanının nə qədər genişləndiyini göstərir. Prezident İlham Əliyev bu gün bu sahəyə çox böyük diqqət göstərir”.
Daha sonra mərasim təbrik çıxışları və konsert proqramı ilə davam etdirilib./Trend/
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ-da neft ehtiyatlarının həcmi artıb

Next Post

`Njdenin xatirəsinin əbədiləşdirilməsi rüsvayçılıqdır` – Arye Qut

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`Njdenin xatirəsinin əbədiləşdirilməsi rüsvayçılıqdır` - Arye Qut

NASA-dan heyrətamiz rəsmi açıqlama: “Yadplanetlilərin mövcudluğunu çoxdan bilirdik” - VİDEOLAR, FOTOLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.