Türkiyənin Nazirlər Kabinetindən beynəlxalq mətbuat üçün verilən açıqlamada millət vəkillərinin ifadə verməyə gəlmədiyi üçün saxlandığını bildirilib.
Avropa.info xəbər verir ki, Nazirlər Kabinetinin Mətbuat Yayım İnformasiya Baş İdarəsi HDP həmsədrləri və millət vəkillərinə qarşı keçirilən əməliyyatın səbəbini beynəlxalq mətbuata açıqlayıb.
Açıqlamada bildirildiyinə görə həbs olunan millət vəkilləri ifadə vermək üçün məhkəməyə çağırıldıqları halda gəlmədikləri üçün saxlanılıblar.
Əldə olunan məlumata görə HDP həmsədri Figen Yüksəkdağ Diyarbəkir prokurorluğunun terrorla bağlı apardığı istintaq çərçivəsində ifadə vermək üçün çağırılmasına baxmayaraq prokurorluğa gəlməyib və bu səbəblə də dünən gecə Ankaradakı evində həbs olunub.
HDP-nin digər həmsədri Səlahəddin Dəmirtaş Diyarbəkirdə, HDP Millət vəkili Sürəyya Sırrı Öndər də Ankarada həbs olunublar.