“Macarıstan Azərbaycana nəqliyyatda elektron ödənişlər üçün yeni texnologiyaların, kənd təsərrüfatı, şəhər idarəetməsi, su təsərrüfatı və elektrik təchizatı sahələrində yeni elektron sistemlərin tətbiq olunmasını təklif edir”.
Bu barədə Trend-ə açıqlamasında Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib.
Səfir qeyd edib ki, bu sahələrdə Macarıstan dünya səviyyəli texnologiya resurslarına malikdir.
Onun sözlərinə görə, müxtəlif sahələrdə, o cümlədən yüksək texnologiya sahəsində birgə müəssisələrin yaradılmasında hər iki ölkə maraqlıdır.
Səfir deyib: “Macar şirkətləri artıq Azərbaycanda bir sıra birgə layihələrin icrasına başlayıb. Ölkəmiz həm də Azərbaycanda əczaçılıq zavodunun yaradılması imkanını da nəzərdən keçirir”.