Azərbaycanda “Twitter” mikrobloquna girişdə problem yaranıb.
Bu barədə mikrobloq istfadəçiləri məlumat verib. Bildirilib ki, bir saata yaxındır “Twitter”ə giriş mümkün deyil.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, problemin hansı səbəbdən qaynaqlandığı araşdırılır. Hələlik bu haqda məlumat vermək tezdir.
***
İstifadəçilərin bildirdiyinə görə, “Twitter”ə giriş problemi aradan qaldırılır və artıq sosial şəbəkəyə daxil olmaq nisbətən mümkündür. Problemin hansı səbəbdən qaynaqlandığı məlum deyil. Türkiyə KİV-lərində yer alan xəbərlərə görə, “Twitter” bütün dünyada dayanıb.




