"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ziya Məmmədova məktub

28 Avqust 2014 - 11:02
in KÖŞƏ YAZILARI

Aynur Elgünəş 

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

aynur

Hörmətli nazir!

Mən tam əminəm ki, bu ölkədə sizə gücü yetən, sözünüzün qabağında söz deyən yoxdu. Olsaydı, siz ya indi hansısa çayxanada nərd yoldaşlarınıza xatirə danışırdız, ya da Allah eləməsin, Əli İnsanovla birgə həbsxana həyətinə hava almağa çıxarılırdınız. Bunların heç biri deyilsə, deməli, özümü yorub başqalarına sizdən şikayət etməyim də yersizdi. Elə ən yaxşısı sözümü özünüzə deyim, bəlkə kreslonuzdan qalxmağa həvəsiniz olmasa da, iflic vəziyyətə saldığınız nəqliyyat sistemini bir gözdən keçirdiniz.

Yəqin sualım sizə bir az sadəlövh görünəcək, amma yenə də soruşum: Ömrünüzdə heç olmasa bircə dəfə Bakıda avtobusa minmisinizmi? Təbii, yox. Amma onları bəh-bəhlə AzTV-nin kamerası önündə təqdim edəndə vəziyyətinə baxmış olarsız. İçərisindəki kondisioneri, əlillər üçün yeri xüsusi vurğuladıqlarını xatırlayırsızmı?

Elə biz də o səhnələri ancaq AzTV-də görmüşük. Biz deyəndə əhalini nəzərdə tuturam. Heç avtobusda əlillər üçün yerin nə demək olduğunu bilən yoxdu. Çünki hamısının yerinə oturacaq yapışdırıblar.

Müasir standartlara uyğun o kondisionerlər vardı ha, bax, ta o da yoxdu. Avtobuslar xəttə buraxılmamış içərisindəkilər sökülüb. Hətta qəza vəziyyətində pəncərəni qırmaq üçün nəzərdə tutalan çəkic belə götürülüb.

Yaxşı, bütün bunlara dözə-dözə gedib-gəlirik. Anlayırıq ki, yazıq avtobus sahiblərinin dərisini boğazlarından elə çıxarırsız, adi kondisionerləri belə söküb qazanca çevirməyə möhtac qalırlar. Bəs bu xətti tez-tez dəyişməkdə məqsədiniz nədi? Heç olmasa hərdən başqa ölkələrin də nəqliyyat sisteminə baxın. Lap 5 il sonra hansısa şəhərə təkrar gedəndə bilirsən ki, hansı küçədən hansı marşrut keçir. Amma bir il Bakıda olmamaq yetər ki, çaş-baş qalasan. Hələ bir sizin mətbuat katibiniz də açıqlama verib bunun adını “sərnişinlərin rahatlığı üçün nəqliyyat sistemində vaxtaşırı yenilənmə gedir” qoyur. Məsələn, bir neçə gün öncə 95 saylı marşrutun yolu qısaldıldı. O narahatlığını istəmədiyiniz sərnişinlər Qış parkına çatanda duyuq düşdülər ki, avtobusun sonuncu dayanacağı buradır. Yəni, bu barədə nə dayanacaqlarda, nə də avtobusda sərnişinlərə xəbərdarlıq edilib. Bir sözlə, qayğısına qaldığınız sərnişinləri heç sayıb məlumatlandıran da yoxdur.

Əslində sizin bu siyasətinizin adı sərnişinin qayğısına qalmaq yox, cibinə girməkdi. Belə çıxır ki, gedişhaqqını artıra bilmədiyinizdən bir marşrut yolunu iki yerə bölürsüz. Nəticədə sərnişin indiyədək 20 qəpiyə gəldiyi yolu 40 qəpiyə gəlir. Hələ bir aldadılır da.

Tıxac problemini isə heç qabartmıram. Hələ yay bitməyib, “ağ adamlar” şəhərə qayıtmayıb, küçələrdən keçmək mümkün deyil. Onlar qayıdandan sonranı təsəvvür edin də. Məsələn, biri hansısa nazir. Övladlarının hərəsinin 2 maşını olur. Üstəlik, sürücüsü, sürücüsünün sürücüsü, qohumlarının sürücüsü və s. Bir sözlə, hər evdə azı 3-4 maşını olan adamlar qayıdandan sonra bizim kimilərin qara günləri başlayır. Maşallah, o xərc çəkib tikdirdiyiniz körpülər də xiffətdən çökür, çünki əksəriyyəti intihar etmək istəyənlərdən başqa heç kimin işinə yaramır.

Hörmətli Ziya müəllim, bilirəm, biz jurnalistləri qətiyyən sevmirsiz. Xüsusilə heyvansevərlik edib oğlunuzu ayı yeməkdə günahlandırandan sonra. Ola bilər ki, qəzetlər bir qələt edib görmədikləri məsələdən yazıblar. Səhvlərini də cərimə şəklində yudular. Demirəm, yaxşı jurnalistəm, yox, amma faktı yazanlardanam. Fakt da budur ki, siz ayı deyil, insan ömrü yeyirsiniz. Daha dəqiq desəm, bizim ömrümüzü sizin rəhbərlik etdiyiniz bu bərbad nəqliyyat sistemi yeyir. Nuş olmasın! Və ya Tıxacda qalsın!

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əsir anasından İŞİD-ə ürək ağrıdan məktub

Next Post

Ziya Məmmədovun qardaşı qızı yol qəzasında öldü

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Ziya Məmmədovun qardaşı qızı yol qəzasında öldü

Aygün Kazımova polis idarəsinə çağırılıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.