Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sınaq qatarı yola salınacaq.
Anadolu agentliyi xəbər verir ki, bunu Qars valisi Rəhmi Doğan deyib. Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin ilk mərhələsi bu ilin sonuna qədər tamamlanacaq:
`Yanvarın 1-də sınaq qatarı yola salınacaq və bununlada yeni ilin ilk günündə Bakı-Tbilisi-Qarsın açılışı həyata keçiriləcək`.
Qeyd edək ki, 826 kilometrlik Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin inşası 2008-ci ildə başlayıb. Layihə sayəsində Asiya və Avropa arasında dəmir yolu ilə səyahətin müddəti 15 günə enəcək.




