"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda erməni “izi” olan məhsullar

09 Noyabr 2016 - 10:09
in XƏBƏR LENTİ
Azərbaycanda erməni “izi” olan məhsullar Eyyub Hüseynov: “Məhsulun üzərində ermənicə yazılması problem deyil, əsas məsələ idxalçının Ermənistan olmasıdır…”

Ölkə mətbuatında, sosial şəbəkələrdə Azərbaycanda Ermənistanın idxal etdiyi “Nutella” şokoladlarının satılması ilə bağlı videogörüntülər yayılıb. Yayılan videoda şokoladın qabının üzərindəki etiketdə məhsulun idxalçısının Ermənistan şirkəti olduğu yazılır. 
 
Amma bu məlumat daha bir etiket vasitəsilə gizlədilib. Həmin etiketdə isə məhsul haqda məlumatlar Azərbaycan dilində təqdim olunur. Yalnız bu etiketi qopartdıqdan sonra erməni şirkəti barədə məlumat üzə çıxır – Slav Qrup QSC Yerevan, Axtanaki 1/1, Ermənistan Respublikası.  
“Yeni Müsavat” olaraq, mövzunu bir qədər də araşdırdıq  və bir sıra faktlar əldə etdik. Öncə qeyd edək ki, Azərbaycanda bir sıra məhsulların üzərində həm də ermənicə yazılar mövcuddur. Misal üçün, Bakıda mağazalarda satılan “Monpasye” şirniyyatının dəmir qabına vurulan Azərbaycan dilində etiketi qopardıqdan sonra onun altında məhsulun tərkibi haqqında ilk olaraq erməni, qazax və rus dillərində yazı olduğunu görürük.
Bu barədə daha öncə də araşdırma aparmışdıq və məlum olmuşdu ki, hətta bu kimi məhsullara Azərbaycan dilində etiket vurulduqda istehsal tarixi ilə bağlı da səhvlərə yol verilir. Sonradan vurulan etiketdəki istehsal tarixi, orijinal etiketdə olduğundan bəzən bir neçə ay fərqli olur. Yəni təkcə dil deyil, məhsulun keyfiyyəti məsələsi də bizi narahat edə, sağlamlığımıza ciddi təhlükə yarada bilər. Hətta bir çox hallarda Azərbaycan dilində olan etiketlər məhsulun qabından böyük hazırlanır və kənarları qaba yapışmamış qalır.
Qayıdaq Ermənistanın idxalı olduğu bildirilən “Nutella”ya. Ölkəyə “Nutella”, “Rafaello”, “Ferrero Roshen”, “Kinder”  məhsullarını “Engin LTD” MMC idxal edir. Bu MMC İtaliyanın “Ferrero” şirkətinin 2003-cü ildən eksklüziv distribüteridir. Öyrəndik ki, şirkət Azərbaycana təkcə şokoladların deyil, yuyucu məhsulların (“Ariel”, “Tide”,”Fairy”,”Comet”, “Ace” və sairə), bəzi uşaq salfetlərinin də idxalını həyata keçirir. Lakin yuyucu vasitələrin üzərində ermənicə hər hansı yazıya rast gəlmədik. Bəzilərinin üzərindəki etiket standartlara uyğun olmasa da, üzərinə yazılan yazılar qazax, rus, Azərbaycan və alman dillərində idi. Etiketlərin bir çoxlarının vurulmasında standartlara əməl olunmayıb.
Mütəxəssislər hesab edir ki, ölkədə etiketlə bağlı problemlər mövcuddur və hətta onlar, “n” saydadır. Lakin məhz “Nutella” məhsulu ilə bağlı məsələ digərlərindən fərqlənir. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi, bir çox məhsulların üzərindəki etiketdə ermənicə yazıya rast gəlmək olur. Qanun bunu qadağan etmir. Nazirlər kabinetinin 94 saylı qərarında qeyd olunur ki, əmtəə bazarında olan bütün mallar xarici dillə yanaşı, Azərbaycan dilində də markalanmalıdır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a bildirib ki, “Nutella” ilə bağlı araşdırmalar aparıb və bir sıra faktları üzə çıxarıb. Onun sözlərinə görə, gün ərzində məhsulla bağlı 50-dən çox zəng alır: “Bu gün (dünən-red.) də bir istehsalçı həmin ”Nutella”nı nümunə gətirmişdi. Etiket bizə deyir ki, mal Azərbaycana Ermənistandan gətirilib. Məhsulu ölkəyə gətirən “Engin” şirkətinin əməkdaşları mənə sənədlər təqdim etdilər. Həmin sənədlərdə göstərilir ki, mal Azərbaycana Polşadan idxal olunur. Yenə də etiketə qayıdaq. Onun üzərində ştrix kodunu xüsusi proqram vasitəsilə oxumağa cəhd etdik. Lakin proqram kodu oxumadı. Daha dəqiq desək, kodun mənşəyi məlum olmadı. Ştrix koddakı ilk iki rəqəm göstərdi ki, bu, İtaliya malıdır. Lakin bizə təqdim edilən sənədlərdə göstərilir ki, məhsul Azərbaycana birbaşa Polşadan idxal olunur. Əgər buna inansaq, o zaman istehsalçının və “Engin” şirkətinin günahı var ki, malı düzgün  markalamayıb, şirkət isə düzgün markalanmayan malı idxal edib. Buradan belə çıxır ki, mal ya kontrabanda yolu ilə Azərbaycana daxil olub, ya da “Engin” şirkəti Ermənistandan özü gətirib. Şirkətin Azərbaycana gətirdiyi bir çox məhsullar var. Ancaq onların üzərində idxal tərəfinin Ermənistan olduğu müşahidə edilməyib. Məhsulun üzərində ermənicə yazılması problem deyil, əsas məsələ idxalçının Ermənistan olmasıdır”.
Onu da qeyd edək ki, “Engin” LTD MMC-nin rəsmi nümayəndəsi mətbuata açıqlamasında da E. Hüseynova göndərdiyi sənədlərdə olduğu kimi bildirib ki, məhsulu Azərbaycana Polşadan idxal ediblər. 




Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Manata basqılar artır – vəziyyət ciddiləşir

Next Post

Leyla Əliyeva xalqı bayraqla təbrik etdi – FOTO

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Leyla Əliyeva xalqı bayraqla təbrik etdi - FOTO

Tramp üç vacib ştatda qələbə qazandı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.