Rusiya və Ermənistan Qafqazda birləşmiş qoşun formalaşdırır.
Avropa.info Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinə təqdim olunan saziş layihəsində ordunun “Qafqaz bölgəsində, tərəflərin təhlükəsizliyini təmin etmək məqsədi ilə” yaradıldığı qeyd olunub. Hər iki dövlət arasında imzalanacaq müqavilənin 5 illik olduğu və tərəflər müqavilədən çıxmaq istəmədiyi təqdirdə, uzadılacağı qeyd olunur.
Qurulacaq ordunun əsas vəzifəsinin bu iki ölkədən birinə silahlı hücumu ediləcəyi halda, sərhədləri qorumaq olduğu bildirilir. Orduya Ermənistan prezidenti komandanlıq edəcək, amma bütün işləri Rusiya Ali Baş Komandanı ilə koordinasiya edəcək.
Qeyd edək ki, qurulacaq bu qoşun birləşməsinin fəaliyyəti yalnız Rusiya və Ermənistanın sərhədləri ilə yekunlaşacaq. Dağlıq Qarabağ Azərbaycanın ərazi vahidi olduğu üçün, bu qoşun birləşməsi orada fəaliyyət göstərə bilməz.