ABŞ-ın sabiq dövlət katibi, Demokratlar Partiyasının namizədi Hillari Klinton prezident seçkilərində Doland Trampa məğlub olduğunu rəsmən etiraf edib.
Xarici KİV xəbər verir ki, Klinton “Biz bu nəticəni qəbul etməliyik”, – deyə bildirib.
Məğlubiyyətə görə təəssüf etdiyini deyən Klinton ABŞ-ın yeni seçilən prezidenti Donald Trampla əməkdaşlıq etməyə hazır olduğu söyləyib.
“Qələbə münasibətilə Trampı təbrik etdim və ölkəmizin maraqları naminə onunla əməkdaşlıq etməyə hazır olduğumu bildirdim”.




