"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

«Onu həbs etdiyim üçün peşmanam» – Sabiq baş prokurordan ilginc açıqlama

10 Noyabr 2016 - 09:19
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Sabiq baş prokuror Əli Ömərov vəzifədə olduğu dönəmdə həbsi ilə bağlı sanksiya verdiyi Müasir Müsavat Partiyasının sədri, o zamankı Balıq sənaye naziri Hafiz Hacıyevlə bağlı maraqlı fikirlər səsləndirib.
Bu barədə açıqlama verən Ə.Ömərov H.Hacıyevin həbsi ilə bağlı sanksiya verməsinə peşman olduğunu dilə gətirib: «Sonradan öyrəndim ki, o, yüksək səviyyəli elm adamıdır, elmlər namizədidir, Kəlbəcərdə komsomol katibi işləyib. Yəni, bu cür məziyyətləri olan bir adamı tutmaya da bilərdim, amma onun həbsi ilə bağlı qərar verdim.
Son dövrlər onun siyasi fəaliyyətinə də nəzər yetirirəm, açıqlamalarını izləyirəm, görürəm ki, bu adam həqiqət carçısıdır. Hər şeyi düz deyir. Ona görə də onunla bağlı fikirlərim dəyişib. Sonradan etiraf eləmək də kişilik tələb edir. Fikirləşirəm ki, o zaman gərək onun həbsi ilə bağlı qərar verməyəydim. Bu adam həmişə həqiqət tərəfdarı kimi çıxış edir. Əsas da odur ki, Prezident İlham Əliyevin ən böyük müdafiəçisi kimi çıxış edir. Bunu ona görə deyirəm ki, Prezidentin yanındakı məmurların əksəriyyətinin əməli ilə sözü üst-üstə düşmür. Amma Hafiz Hacıyev eyni mövqedə davam edir. Prezidentə həmişə qardaş deyir. Düzü mən də həmişə onun bu sözlərini gülüşlə qarşılayıram, düşünürəm ki, görəsən, onlar həqiqətənmi qardaşdırlar. Müşahidələrimdən o qənaətə gəldim ki, həqiqətən də Prezidentə qardaşlıq edir, onu müdafiə edir».
hafiz-haciyev-yeni.jpg (439×336)
Sabiq baş prokuror onu da vuğrulayıb ki, MMP sədri həddindən artıq təəssübkeş adamdır. Onun sözlərinə görə, Hafiz Hacıyev Qərbi Azərbaycanlıların müdafiəsi, onların koordinasiya olunması missiyasını da öz üzərinə götürür: «Bu gün Qərbi Azərbaycanın görkəmli şəxsiyyətlərinin hamısı kölgədədir. Amma Hafiz Hacıyev onların önə çəkilməsində, toparlanmasında xüsusi səylər göstərir. Prezedentliyə namizəd olanda da çıxışına qulaq asanda gördüm ki, o, prezidenti dəstəkləyir, Qərbi Azərbaycanlıların tərəfindən çıxış edir. Ən müsbət məqam odur ki, bu adam heç kimə yaltaqlanmır. Bu səbəbdən ona rəğbətim var.
Deportasiya Qurbanları Cəmiyyətinin rəhbəri kimi tədbirlərimizdə də müzakirələr aparırıq ki, onun müdafiəsinə qalxaq, dəstək verək. Mən harda olsa, onu dəstəkləyəcəyəm. Çünki o adam sözünə bütöv adamdır. Azərbaycan siyasi səhnəsinə belə adamlar lazımdır ki, ölkəni inkişafa aparsın. Mən həmişə demişəm ki, Hacı Əbdül Azərbaycanın ən möhkəm kişilərindən biridir, çünki o, sözünün sahibidir. Mütəllibovu prezident olanda da, sonra da müdafiə elədi. Onu həbs eləmişdik, mən onu azad edəndə, dedi ki, mənim yeganə prezidentim var, o da Mütəllibovdur. Sözü bütöv olan adamdan heç vaxt xəyanət gözləmək olmaz. Hafiz Hacıyev də ilk gündən Prezident İlham Əliyevi dəstkləyir, onun əleyhinə işləyən məmurları tənqid hədəfinə tutur, yəni, sadiqdir. Bu səbəbdən də onun mövqeyini bəyənirəm».(mia.az)
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Klintondan acı etiraf: `Trampa məğlub oldum`

Next Post

Neftin və dolların taleyi necə olacaq? – Millət vəkili

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Neftin və dolların taleyi necə olacaq? – Millət vəkili

Trampın qələbəsi: Bakı və Ankaranı nə gözləyir?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.