"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Trampın qələbəsi: Bakı və Ankaranı nə gözləyir?

10 Noyabr 2016 - 09:29
in XƏBƏR LENTİ

Amerikalılar Klintonun yerinə ona görə Trampa üstünlük verdilər ki, bu, sınanmamış siyasətçidir, onu yoxlamaq lazımdır. Çünki Hillari Klinton nə qədər öndə görünsə də, dövlət katibi postunda xeyli yanlışlıqlar etmişdi. İŞİD terrorçu qruplaşması məhz Hillari Kllintonun dövründə yarandı, Liviyanın dağılması da onun “əsəri” idi.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Donald Trampın prezident seçilməsi məsələsinə münasibət bildirərkən deyib. Politoloq qeyd edib ki, Donald Trampın prezident seçiləcəyini çoxları proqnozlaşdırmırdı:

 

“Tramp müsəlmanları aşağılayıb, “Meksika ilə sərhədə divar tikəcəm” sözləri ilə milyonlarla Amerika vətəndaşı olan ispandillilərin səsini itirmişdi, qadınlar haqqında təhqiramiz fikirlər söyləmişdi. Həm də Tramp o qədər reallaşması mümkün olmayan vədlər vermişdi ki, bunun gerçəkləşəcəyinə çoxları inanmırdı. Məsələn, Meksika hökumətini büdcə hesabına necə Amerika ilə sərhədə divar tikməyə məcbur etmək olar və ya müsəlmanları necə ölkəyə buraxmamaq olar, axı bu irqi ayrı-seçkilikdir? Demək, Amerikada hər şey mümkündür”.

 

E.Şahinoğlu vurğulayıb ki, Tramp, vəd etdiyi kimi, Putinlə dostlaşa bilməyəcək, həmçinin İranla nüvə razılaşmasını dediyi kimi zibil yeşiyinə də ata bilməyəcək:

 

“Amerikada oturuşmuş siyasi sistem var və bəzən prezident bu sistemin gedişatına tabe olmaq məcburiyyətindədir. Obama Liviyaya müdaxilə etmək istəmirdi, ancaq Dövlət Departamenti, Pentaqon, üstəlik, onlarla müşavirin hazırladıqları hesabatlar Amerikanı hərbi müdaxiləyə sürüklədi və üstündən illər keçdikdən sonra Ağ Ev sahibi “Liviya əməliyyatı bizim böyük səhvimiz idi” dedi. Əslində, Obama bununla öz cəmiyyətinə və beynəlxalq aləmə “ətrafım mənə qulaq asmadı və mən onların istəyinə tabe oldum” kimi üstüörtülü mesaj verdi. Obamadan olsaydı, Amerikada silah satışına da çoxdan qadağa qoyardı, amma o, bu məsələnin həllində də acizdir. Barak Obamanın dövründə dünya daha çox qarışdı, qətllər və terror aktları hər yeri bürüdü. Obama seçki öncəsi verdiyi ən böyük vədini də yerinə yetirmədi. “Quantanamo həbsxanasını qapadacam” deyən Obama 8 ildə bu vədinə xilaf çıxdı. Bu deyilənləri Trampa da şamil etmək olar. Mümkündür ki, Tramp uğurlu iş adamı kimi Amerika iqtisadiyyatında, sosial sahədə və bank sektorunda nəsə uğur qazansın, ancaq eyni sözləri təhlükəsizlik və xarici siyasətə şamil etmək çətindir. Tramp bəlkə bir sıra ölkəni xəritədə də göstərə bilməz. Ancaq ABŞ-ı yalnız prezidentlər idarə etmir. Dövlət Departamenti, Pentaqon, onlarla müşavir və onların hazırladıqları hesabatlar və yüzlərlə beyin mərkəzi – bütün bunlar prezidentlərin qərarlarına təsir edir. Əgər ABŞ-ın siyasi sistemi Krımın işğalına və Suriyada Bəşər Əsəd rejiminə verdiyi dəstəyə görə Rusiyaya qarşı sanksiyaların davamını diqtə edirsə, Tramp bunu gözardı edərək Putinlə asanlıqla dostlaşa bilməyəcək. Həmçinin Vaşinqton Tehranla nüvə razılaşmasına nail olmaq üçün uzun illər danışıqlar aparıb və İranın nüvə silahı əldə etmyəcəyinə dair zəmanət aldıqdan sonra bu ölkə ilə barışıb. Bu barış ABŞ-ın maraqlarına uyğundur. Ağ Evin yeni sahibi bu barışdan imtina edərsə, bu, ABŞ-ın ziyanına olacaq, çünki Tehran müqavilədən çıxmaqla nüvə silahı yaratmaq imkanı qazanacaq”.

 

ABŞ-Azərbaycan münasibətlərinə gəlincə, E.Şahinoğlunun fikrincə, Tramp da bir respublikaçı kimi Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa üstünlük verəcək:

 

“Barak Obamanın prezidentliyi və Klintonun dövlət katibliyi dövründə ABŞ-Azərbaycan münasibətlərində irəliləyiş qeydə alınmadı. Tam əksinə, bu dövrdə Bakıda Amerikanın müxtəlif fondları və Konqresin maliyyələşdirdiyi “Azadlıq” radiosu bağlandı, xarici qrantlara qadağa qoyuldu. Böyük ehtimalla, Trampın seçilməsi ilə Bakıda inşası çoxdan tamamlanan “Trump Tover” binasının açılışı olacaq. Digər tərəfdən, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyə marağı yoxdur. Bu münaqişə Vaşinqton üçün son sıralarda yer alıb. Vaşinqton-Bakı münasibətləri yalnız enerji əməkdaşlığında müsbət tendensiyaya malikdir, sıx dialoq mövcuddur. Vaşinqton Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Bakıya hər cür dəstək verir, hətta bu məqsədlə Avropa Birliyi dövlətlərində Azərbaycanın xeyrinə lobbiçilik fəaliyyəti aparır. Donald Tramp Administrasiyası bu dəstəyi davam etdirəcək. Adətən respublikaçı prezidentlər geosiyasi amillərə önəm verirlər. Demək, Tramp da bir respublikaçı kimi bu amildən çıxış edərək, Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa üstünlük verməlidir. Unutmayaq ki, ABŞ-ın siyasi sistemi Azərbaycanın ayaqları üstündə möhkəm dayanmasında, dünyəvi müsəlman ölkəsi kimi inkişafında, o cümlədən Rusiyanın və İranın mümkün təsirlərindən qorunmasında maraqlıdır. Bu, Azərbaycanın da maraqlarına uyğundur. Ona görə də rəsmi Bakı Vaşinqtonun regional siyasətindən nə qədər narazı olsa da, balanslaşdırılmış xarici siyasət çərçivəsində Amerikanın yeni administrasiyası ilə əməkdaşlıq edəcək”.

 

Politoloqun sözlərinə görə, Tramp Türkiyə üçün də qaranlıq qutudur:

 

“Obama prezident seçildikdən sonra müsəlman ölkələri sırasında öncə Türkiyəni ziyarət etdi. Ankara ümid edirdi ki, məhz Obamanın dövründə Vaşinqtonla əməldə strateji əməkdaşlıq qurulacaq. Bu da olmadı. Əksinə, bu gün iki məsələdə Obama Administrasiyası Türkiyənin maraqları əleyhinə gedir. Birincisi, Vaşinqton Suriyadakı silahlı kürdlərə yardımını dayandırmayıb, ikincisi, 15 iyul hərbi çevrilişini təşkil edən Fətullah Gülən əvvəlki kimi ABŞ-da rahat yaşayır. Bunun nəticəsində Ankara Vaşinqtonun bölgədəki əsas rəqibi Kremlə yaxınlaşır. Tramp Türkiyəni yenidən qazanmaq üçün həm silahlı kürdlərə dəstəkdən vaz keçməli, həm də Gülən problemini həll etməlidir”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Neftin və dolların taleyi necə olacaq? – Millət vəkili

Next Post

Bakıya gələn erməni fəalların çıxışları İrəvanda-Şok yaradıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bakıya gələn erməni fəalların çıxışları İrəvanda-Şok yaradıb

Trampın saç düzümünün SİRRİ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.