"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Trampın saç düzümünün SİRRİ

10 Noyabr 2016 - 09:41
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Əgər prezident seçkiləri öncəsi Donald Tramp Hillari Klintonun iş yazışmalarında şəxsi e-mail ünvanından istifadəyə dair FTB-yə məlumat vermişdisə, tikinti maqnatına qarşı antikampaniya aparanlar isə guya, nə vaxtsa onunla sevgili olmuş şəxslərin siyahısını açıqladılar. İş təkcə bununla bitmədi. Onlar Trampın qəribə saç düzümünə dair araşdırma apardılar.
Hətta aktyorlar da antiTramp hərəkatına start verdilər. Coni Depp şou verilişlərin birində başına parik keçirib iştirakçıları güldürdü. Bryus Uillis də bu sıradan geri qalmadı. Trampın saç düzümü barədə The New York Times qəzeti silsilə yazılarla çıxış etdi. Sosial şəbəkə istifadəçiləri statuslarda yazırdılar ki, Tramp saç düzümündə balqabaq şirəsindən istifadə edir. Bəlkə də Trampın qələbəsini gözləməyənlər seçki öncəsi düzənlədikləri gülməcələrə görə peşman olublar. Ancaq qorxulu deyil. Çünki antikampaniya Trampın xeyrinə işlədi. Hətta bəziləri Trampın soyadını da gülməcə şəklinə saldı. İngilis dilində “Trump” şeypur səsi deməkdir. Gülməcədə yazılırdı ki, Tramp şeypur çalan musiqiçini yanına çağıraraq xahiş edir ki, musiqi alətini üfürsün və bununla da onun saçı sərinlənir. Əsas mahiyyət bundan ibarət idi ki, Tramp küləkli havada çölə-bayıra çıxmır, yoxsa saç düzümü dağılar. Hətta belə bir qara yumor da çıxmışdı: Tramp Moskvada Putinlə görüşür, birdən Qızıl Meydanda külək əsir. Tramp saç düzümünün pozulacağından qorxur və ABŞ hökuməti helikopterlə xüsusi təyinatlı bərbərlər göndərir, onlar Trampın saç düzümünün pozulmasına imkan vermirlər, görüş isti münasibətlər şəraitində keçir. NBC telekanalı xüsusilə Trampa dair məzəli verilişlər təqdim edirdi.
The New York Times qəzeti yazırdı ki, Trampın “ukladka”sı çətin sxemlər əsasında hazırlanıb və onu layihə tənqidçilərinin mühakiməsinə vermək lazımdır. The Guardian qəzeti isə daha uzağa gedərək “İmicinin dəyişməsində Trampa necə kömək etməli?” adlı məqalədə mütəxəssislərdən, saç ustalarından, imicmeykerlərdən sorğu götürmüşdü. The Daily Mail isə “ukladka”ya dair insturksiya da vermişdi.
Əlbəttə, ictimaiyyət arasında Trampın saçı yenə də sual doğurur. Görəsən, milyarder başında nə gəzdirir? Parik, yoxsa hansısa sarışın adamdan qoparılmış saç, yaxud balıq tutmaq üçün qarmaq ipi? Almaniyanın Die Welt qəzetinin “Trampın saç düzümündə qeyri-adi nə var?” adlı məqaləsində vurğulanır ki, son illər ABŞ-da belə rəngli saçlı insanların doğuluşu yağışdan sonra göbələk kimi artmaqdadır. 16 il əvvəl “Simpsonlar ailəsi” cizgi filmində də onun saçı məhz belə idi. Jurnalistlər biləndə ki, bəzi ştatlarda Trampın hörməti artır, onun bioqrafiyasının hər künc-bucağını açıb tökməyə başladılar. Bütün bunlar ona görə edilirdi ki, bəlkə də ABŞ-ın növbəti prezidentinin gizlədiləsi heç nəyi qalmasın. Maqnatın beynində nə düşündüyü ilə bərabər, başında nə gəzdirdiyi də söhbət mövzusu oldu. Məhz bu məqsədlə Trampın küləkli günlərdə saçının qalxmasına diqqətlə fikir verdilər, lentləri dəfələrlə izlədilər ki, təbiidir, yoxsa yox. Birinci ehtimal parikdən ibarət idi. Heç cür mümkün deyil ki, belə saç düzümü təbii olsun. İkinci ehtimal bundan ibarətdir ki, Trampın başında plastik əməliyyat aparılıb, lakin uğursuz alınıb. Gawker portalı bununla bağlı çoxsaylı araşdırma apardı. Portalın yazdığına görə İvari İnternational klinikasının cərrahları 2007-ci ildə ona 60 min dollar müqabilində saç əkib. Metod çətin sxem əsasında həllini tapıb. Belə ki, araşdırmaya əsasən əvvəlki təbii saçla donor saç birləşdirilib. “Ukladka”nı saxlamaq üçün hər ay korreksiya üçün 3 min dollar ödənilir.
Berlin klinikasının cərrahı M.Finner hesab edir ki, Trampın saç düzümünə dair nə isə ediblər. Bu, uğursuz saç əkmədir. O, deyir ki, Tramp adi tranplantasiya etməlidir. Buna 5-10 min dollar lazımdır. Həmin əməliyyatdan sonra saç gur olacaq. Cərrah bu fikrə gəldi ki, peysər hissədən saçın alına doğru aparılması nəyinsə gizlədilməsi deməkdir.
Jurnalistlər araşdırıblar ki, Trampda dazlıq mövcuddur. Onlar bu fikrə 2011-ci ildə Tramp Devid Lettermanın şousuna gedəkən fotoya əsasən müəyyən ediblər. Küçədə külək qalxır və saç kənara üfürülür, Donaldın başının daz hissəsi görünür. Bununla da milyarderin saç düzümünün sirri açıldı. Beləliklə, aydın olur ki, milyarder istənilən zaman saç əkdirə bilərmiş. Sadəcə, bu, onun imicidir.
Seçki öncəsi Tramp onun saçı ilə bağlı kompromat toplayanları çox inandırmağa çalışdı. Ötən il Cənubi Karolina ştatında seçiciləri qarşısında çıxış edərkən demişdi: “And içirəm ki, parik taxmıram, bu, təbii saçımdır”. Hətta seçicilərdən birindən xahiş etmişdi ki, ona yaxınlaşıb saçını yoxlasın. Bir qadın səhnəyə qalxıb milyarderin saçına toxunub görmüşdü ki, bu, təbii saçdır. Şübhələri aradan qaldırmaq üçün qadından soruşmuşdu: “Biz sizinlə nə vaxtsa görüşməmişik?”, qadın da “heç vaxt” demişdi. Amma jurnalistlər yazdılar ki, qadın onun yaxın tanışı da ola bilərdi. Hər halda Donald Trampın saç düzümünün sirri açıq olaraq qalır.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıya gələn erməni fəalların çıxışları İrəvanda-Şok yaradıb

Next Post

ABŞ-da Tramp əleyhinə aksiyada atışma: 5 yaralı- Yenilənib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

ABŞ-da Tramp əleyhinə aksiyada atışma: 5 yaralı- Yenilənib

Onlar Putinə qarşı “ABŞ Jirinovskisini” çıxartdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.