İstanbulun Sultanbeyli sənaye şəhərciyində yerləşən fabrikdə güclü partlayış olub.
Türkiyə KİV-lərinin verdiyi xəbərə görə, partlayış nəticəsində onlarla insan yaralanıb. Hadisəyə səbəb kimi buxar qazanının partlaması göstərilir.
Partlayışın gücündən ətrafdakı obyektlərə ciddi ziyan dəyib. Hadisə yerinə təcili yardım və yanğınsöndürmə maşınları cəlb edilib. Fabrik saç boyası istehsalı ilə məşğul olurmuş.




