Tramp Rusiya üçün “hədiyyə” deyil.
Bunu “Belta” agentliyinə açıqlamasında Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib. Onun sözlərinə görə, Tramp ilk növbədə Amerikanın maraqlarına xidmət edəcək:
“Klinton prezident olsaydı, hər şey aydın olardı. Trampla isə hər şey başqa cürdür. Onun isə əsas şüarı Amerikanın böyüklüyünü bərpa etməkdir. Yaxşı, bəs Rusiyanın yeri burada haradadır? Donald Tramp ABŞ-ı silkələməyi bacarsa, tarixə düşəcək. ABŞ-ın hazırda ciddi problemləri var. İnsanlar elə vəziyyətə gətirilib ki, hətta fəhlə sinfi belə bu milyarderə səs verib. Trampın ən böyük işi Amerikanın daxili problemlərinin həlli olacaq. Bu isə təkcə dollarların çapı hesabına olmayacaq”.




