Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ABŞ ordusu və Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ) Əfqanıstanda hərbi cinayətlər törətməkdə ittiham edib.
“İnterfaks” xəbər verir ki, bu barədə illik ibtidai istintaqın nəticələri barədə hesabat verən BCM-nin prokuroru Fatu Bensuda bildirib.
“Mövcud məlumatlar ABŞ hərbçiləri, həmçinin MKİ əməkdaşlarının işgəncələrdən istifadə etdiklərini sübut edib. Hərbçilər lazımi məlumat əldə etmək üçün məhbuslara qarşı zorakılıq hallarına yol verib və qəddar rəftar ediblər”, – Bensuda qeyd edib.
Prokurorun sözlərinə görə, amerikalılar tərəfindən törədilən hərbi cinayətlərin əsas hissəsi 2003-2004-cü illərə aiddir.




