ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın komandası dövlət katibi postuna Nyu-Yorkun sabiq meri Rudolf Culiani və ya ABŞ-ın BMT-dəki sabiq səfiri Con Boltonu təyin etmək istəyir.
“The Wall Street Journal” xəbər verir ki, Culiani Trampın dostu və tərəfdaşdır. Bolton isə neokonservator olaraq tanınır. O, 2015-ci ildə İranın bombardman edilməsi prosesinin başlaması barədə bəyanatlar səsləndirib.
Yeni seçilən prezident bu barədə qərarı yaxın bir neçə həftə ərzində verməlidir, siyahının dəyişəcəyi istisna edilmir.
Qeyd edək ki, ABŞ-da prezident seçkilərində qələbə qazanan Donald Tramp ötən gün yeni administrasiya rəhbərinin adını açıqlayıb. Administrasiyanın yeni rəhbəri Respublika partiyasının Milli komitəsinin hazırkı sədri Rayns Pribus olacaq.




