
İngiltərədə “Breksit” sənədi mediaya sızıb. Məlub olub ki, London hökumətinin ittifaqdan çıxması üçün yol xəritəsi belə yox imiş.
Axar.az “Tayms”a istinadən xəbər verir ki, adı açıqlanmayan konsaltinq şirkətinin hazırladığı sənəddə rəsmi Londonun hazırda Avropa Birliyindən (AB) çıxmaq üçün faktiki heç bir addım atmadığı qeyd olunub.
Ayrıca sənəddə “Breksit”ə görə İngiltərə hökumətinin azı 6 aya ehtiyacı olduğu bildirilib.
“Breksit”in həyata keçirilməsi üçün müxtəlif layihələr irəli sürülür. İndiyə qədər 500 layihə təqdim olunub. Lakin hökumətin bunlardan hər hansı birini gerçəkləşdirmək qabiliyyəti sıfıra bərabərdir.
Sözügedən layihələrin həyata keçirilməsi üçün əlavə 30 min dövlət məmuruna ehtiyac var”, – sənəddə vurğulanıb.
Qəzetə açıqlama verən İngiltərənin Nəqliyyat naziri Kris Qreylinq hökumətin “Breksit” layihəsini “komanda çalışması” adlandırıb. Nazir sənəddə qeyd olunduğu kimi, əlavə 30 min məmura ehtiyac olmadığını bildirib.
Nazirlər Kabneti sənədin rəsmi xarakter daşımadığını açıqlayıb.
Xatırladaq ki, 23 iyunda keçirilən referendumda xalqın 51,9%-i Avropa Birliyindən çıxmağı dəstəkləyib.



