İsrail Türkiyəyə yeni səfir təyin edib.
Anadolu agentliyi xəbər verir ki, İsrailin Türkiyədəki yeni səfiri Eitan Naehdır.
İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsi Emmanuel Nahson məlumatı təsdiqləyib.
Qeyd edək ki, 2010-cu ildə baş vermiş “Mavi Mərmərə” böhranı ilə münasibətləri korlanan Ankara ilə Təl-Əviv bu il iyul ayında əlaqələrin normallaşması ilə bağlı razılığa gəliblər.



