"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Köçkünlərə tikilən evlərdə mənimsəmə iddiası

17 Noyabr 2016 - 09:08
in XƏBƏR LENTİ
 Köçkünlərə tikilən evlərdə mənimsəmə iddiası“Qaçqınkom”a növbəti ittihamlar; Natiq Cəfərli: “Azərbaycanda korrupsiya xroniki xəstəlik halındadır”

Füzuli rayonunda məcburi köçkünlər üçün tikilən evlərlə bağlı narazılıq var. Bildirilir ki, dövlət başçısı İlham Əliyev bir neçə gün əvvəl yeni qəsəbənin açılışında iştirak edib. Sakinlər bundan sonra hurriyyet.org-a bildiriblər ki, ölkə başçısına yerli məmurlar yenə də yalan danışıb. 
“Qayıdış” qəsəbəsinin yaxınlığında, “Fin şəhərciyi”nin ərazisində inşa olunmuş yeni yaşayış massivinə sakinlər öz aralarında Ümid qəsəbəsi adını veriblər. 401 ailə üçün inşa edilən qəsəbədən 628 ailə böyük ümidlə onlara düşəcək mənzili gözləyirlər. Amma 227 ailənin taleyinin necə olacağı hələ məlum deyil. “Fin şəhərciyi”nin isə ümumiyyətlə, ləğv ediləcəyi gözlənilir.
Ümid qəsəbəsində hər bir ev 12 sot ərazidə inşa olunub ki, məcburi köçkünlərin həyətyanı sahəsi olsun. “Fin şəhərciyi”ndə ailə sayına görə məskunlaşmış sakinlərin mənzilləri də ailə sayının tərkibinə görə 1, 2, 3 və 4 otaqlı inşa edilib. Amma təəssüf ki, layihədə məcburi köçkün ailələri üçün nəzərdə tutulan hamamlar tikilməyib. İndi isə hamam tikmək istəyənlərə layihədənkənar tikintini də aparmağa icazə vermirlər. Sakinləri narazı salan məqam odur ki, yeni yaşayış sahəsində layihədənkənar tikintinin aparılmasına da onlara icazə verilməyəcəyi bildirilib.
Sözügedən yaşayış massivində həqiqətənmi hamam tikintisi layihədən çıxarılıb? Həmçinin 401 mənzil inşa edildiyi halda, 628 ailədən 227-si harada yerləşdiriləcək? “Fin şəhərciyi” nə zaman ləğv ediləcək? Xalq arasında “Ümid” adı verilən yeni qəsəbədə tikilən 1, 2, 3, 4 otaqlı mənzillərin tikintisi nə qədər vəsaitə başa gəlib? Ümumilikdə qəsəbənin inşasına nə qədər vəsait ayrılıb?
 
Bu suallara Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi münasibət bildirməyib. 
 
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, əslində tikinti sahəsi korrupsiyaya ən çox yol açan və korrupsiyaya ən çox şərait yaradan sahələrdən biridir: “Dünyanın hər yerində belədir. Dövlət sifarişi hesabına Rusiyada normal biznes strukturlarının görəcəyi işlə dövlət məşğul olanda daha bahaya başa gəlir və dövlət büdcəsindən daha artıq vəsait xərclənir. Azərbaycanda da bu problem xroniki xəstəlik halındadır. Tikinti işlərinin aparılmasında ciddi korrupsiya faktlarının olması ehtimalı çox yüksəkdir. Bununla bağlı Hesablama Palatası normal araşdırma aparmalı, ortalığa bir sənəd qoymalıdır. Araşdırmaların nəticəsi də ictimaiyyətə açıqlanmalıdır. Göstərilməlidir ki, dövlət büdcəsindən ayrılan vəsait hansı formada xərclənib. Əgər bu, baş vermirsə, Hesablama Palatası bu işlə məşğul olmaq istəmirsə, deməli, nəsə gizlədilir. Çox ağır bir dönəmdəyik. Büdcədən ayrılan vəsaitin doğru-dürüst xərclənməsinə indi daha çox ehtiyac var. Amma görünən odur ki, bu yanaşma, dövlət büdcəsindən ayrılan vəsaitlərə gəlir mənbəyi kimi baxmaq yanaşması məmurlarda dəyişməsə və buna ciddi nəzarət olmasa, ayrılan vəsaitlərin böyük əksəriyyətinin belə yanaşma nəticəsində korrupsiya qurbanı olması ehtimalı çox yüksəkdir. Büdcənin effektiv xərclənməsi təmin edilməlidir. Bu, baş verməsə, ayrılan vəsaitin böyük hissəsi korrupsiyaya qurban getsə, bizi gələcəkdə daha ciddi problemlər gözləyə bilər”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Həbsdəki müavini Əli Abbasovun “kəlləsini” istəyir – dostları düşmən edən səbəblər

Next Post

Trampın Rusiyaya səfəri gözlənilir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Trampın Rusiyaya səfəri gözlənilir

ABŞ-da partlayış: Ölən və yaralılar var

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.