"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İsrailin ‘Dəmir Günbəz’ raketləri ‘Iskander’ləri vurmağa qadirdirmi?

17 Noyabr 2016 - 11:45
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

İsrailin 'Dəmir Günbəz' raketləri

İsrailin ‘Dəmir Günbəz’ raketləri

“Eurasianet” saytı Azərbaycanın İsraildən silah almaq planlarından yazır.

Azərbaycan rəsmilərinin və yerli mətbuatın yaydığı məlumata görə, hazırda İsrailin istehsalı olan “Dəmir Günbəz” havadan müdafiə sisteminin alınması yönündə danışıqlar aparılır.

Milli Məclisin üzvü Yedva Abramov keçən ay mətbuata açıqlamasında “Dəmir Günbəz”in Azərbaycana göndərilməyə hazır olduğunu deyib. Onun sözlərincə, bu sistem ölkəni Ermənistanın Rusiyadan aldığı “Iskander” raketinin zərbələrindən müdafiə etmək gücündədir.
ÇOX BAHADIR

İsrailin baş naziri Benjamin Netanyahu-nun dekabrda Bakıya səfəri planlanıb və İsrail mətbuatı “Dəmir Günbəz”in də onun gündəliyində olacağını yazır. İndi məsələni daha mötəbər mənbələr – “Times of İsrael” saytı, Rusiyadakı Dünya Silah Ticarətinin Analizi Mərkəzi, Birləşmiş Ştatların müdafiə sənayesindən bəhs edən “Defense Industry Daily” qəzeti də müzakirə edir.

“Eurasianet”də Joshua Kucera qeyd edir ki, Azərbaycanla İsrailin sövdələşməsi çox böyük hadisə olar, çünki bu əfsanəvi “Dəmir Günbəz” İsrailin özündə nə qədər raket hücumunun qabağını alıb, amma hələ heç bir ölkəyə ixrac edilməyib.

Buna da bax: Azərbaycan təlim keçirir, Ermənistanla Rusiya qoşun yaradır…

Ancaq müəllif Azərbaycanın “Dəmir Günbəz” alacağına inanmır.
Əvvəla ona görə ki, sistem çox bahadır. “Dəmir Günbəz”in iki buraxıcı qurğu, bir radar və bir idarəetmə mərkəzindən ibarət bir dəstinin dəyəri 50 milyon dollardır. Azərbaycanın dörddə biri boyda olan İsraildə 10 belə dəst var. Sistem üçün bir raket 100 min dollara başa gəlir. Bu məsrəf Azərbaycana görə bahadır, axı, neftin qiymətinin düşməsi ölkəni büdcəsində ixtisarlara vadar edib. Yəni Azərbaycan “Dəmir Günbəz”i alsa belə, digər sahələrə ayrılmış büdcəni bu sistemə qurban verməli olar.

“DƏMİR GÜNBƏZ” 70 KİM-LİK RAKETLƏR ÜÇÜNDÜR

İkincisi, əslində, “Dəmir Günbəz” Ermənistanın “Iskander”lərini vurmağa qadir deyil. Çünki bu sistem uzağı 70 km-lik raketlər üçün nəzərdə tutulub. Məsələn, Katyuşa tipli raketlərə uyğundur. Ermənistanın aldığı “Iskander” raketləri isə 300 km-likdəki ərazini də vura bilər.

Britaniyanın “Chatham House” araşdırma mərkəzinin Bakıdakı əməkdaşı Zaur Şiriyev sayta müsahibəsində “Dəmir Günbəz”in Azərbaycandan ötrü yararsız olduğunu deyib. Onun fikrincə, bu sistemin alınmasıyla bağlı xəbərlər Ermənistan “Iskander” kimi güclü raketləri aldığına görə çıxıb. Yəni Azərbaycan Ermənistandan dala qaldığında əndişəlidir və belə şayiələr yayılıb. “Ermənistan “Iskander” raketlərini əldə edəndən sonra Azərbaycan mətbuatında, ictimaiyyətdə bu cür xəbərlərə aclıq yaranıb”, – Z. Şiriyev deyib.

Ermənistanin “Iskander” raketlərinin kölgəsində qalan Azərbaycan havadan müdafiə sistemini gücləndirməyin yollarını axtara bilər. Bundan ötrü Bakının Fransa, ya Pakistan, ya da hansısa başqa ölkədən silah almaq istəyinə şübhə ola bilməz. Ancaq “Dəmir Günbəz”i alacağı heç real görünmür. “Eurasianet” belə yazır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya `Su-33`ləri İŞİD-i bombalayır – VİDEO

Next Post

`25 illik dövr bunun üçün kifayət deyil` – İlham Əliyev

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`25 illik dövr bunun üçün kifayət deyil` - İlham Əliyev

`Türkiyə bizə Qarabağla bağlı şərt qoyub` - Sarkisyan etiraf etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.