İspaniyanın Laopiniondemurcia.es portalında “Müsəlmanlar, pravoslavlar, yəhudilər və katoliklər UCAM-da sülh naminə birləşdilər” sərlövhəli məqalə dərc olunub.
Məqalədə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə və digər konfessiyaların – pravoslavlar, yəhudilər, katoliklərin, ümumilikdə 800 nəfərin iştirak etdiyi konfransın Mursiyada keçirilməsindən söhbət açılır.
İspaniyadakı səfirliyimizlə UCAM-ın (San-Antonio Mursiya Katolik Universiteti) birgə təşkil etdiyi konfransda Azərbaycanla yaşayan, digər dini konfessiyaların nümayəndələrinin də iştirak etdiyi qeyd olunan məqalədə ölkəmizdəki multikulturalizm siyasətindən bəhs olunur.




