"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azay Quliyev Binəqədi sakinlərinin problemlərini müzakirə edib

18 Noyabr 2016 - 09:23
in XƏBƏR LENTİ

Bakının Binəqədi rayonunda şəhərətrafı sərnişindaşıma və nəqliyyat xidməti ilə bağlı mövcud vəziyyət müzakirə olunub.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Binəqədi rayonunda keçirilən görüşdə Binəqədi Rayon İH -nin başçısı Xaləddin İsgəndərov, Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimli, Millət vəkili Azay Quliyev, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin baş direktoru Nəcəf Quliyev, həmçinin Bakı Nəqliyyat Agentliyinin müvafiq şöbələrinin müdirləri və Binəqədi rayonu üzrə bələdiyyə sədrləri və inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak ediblər.

Görüşdə Binəqədi RİH başçısı Xaləddin İsgəndərov Binəqədi rayonundakı yaşayış məntəqələrində sakinlərlə keçirilən səyyar qəbul və görüşlərdə sakinlər tərəfindən mütəmadi olaraq səsləndirilən əsas problemin şəhərətrafı sərnişindaşıma və nəqliyyat xidməti ilə bağlı olduğunu qeyd etdi. Bir sıra qəsəbədaxili yolların mövcud vəziyyətinin həmin ərazilərdə müasir sərnişin avtobuslarının normal fəaliyyətinə imkan vermədiyini diqqətə çatdırdı. İcra başçısı hər bir sakinin müraciətinə xüsusi həssaslıqla yanaşıldığını və bu müraciətlərin aidiyyatı qurumlara yönəldilərək həlli üçün müvafiq dəstəyin Rayon İH tərəfindən də edildiyini diqqətə çatdırdı. Əsas problemin məhz sakinlərin məlumatsızlığı olduğunu qeyd edən icra başçısı bu sahədə də əməli işlərin görülməsini zəruri hesab etdiyini bildirdi.

Mövcud çatışmazlıqların operativ aradan qaldırılmasının zərurililiyini vurğulayan millət vəkili Azay Quliyevin sözlərinə görə müvafiq dövlət qurumları arasındakı mövcud bürokratik baryerlər məsələlərin çevik həll edilməsinə maneələr yaradır. Məhz bürokratik əngəllər səbəbindən qaynaqlanan bu kimi yubanmalar isə sonda vətəndaşın ümumi dövlət qurumlarından narazı qalmasına səbəb olur. Bunun üçün də yol-nəqliyyat infrastrukturu və ictimai nəqliyyatla bağlı vətəndaş müraciətlərinə daha çevik reaksiya verilməsi üçün müvafiq dövlət qurumları arasında koordinasiyalı işin qurulması vacibdir.
Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimli isə öz növbəsində paytaxtın nəqliyyat sektorunun inkişafına müsbət təsir edəcək görüşün təşəbbüskarı qismində millət vəkili Azay Quliyevə və görüşün təşkilində icra başçısı Xaləddin İsgəndərova təşəkkürünü bildirdi. Baş direktor diqqətə çatdırdı ki, şəhərətrafı sərnişindaşıma xidməti, qəsəbədaxili yolların vəziyyəti, həmin yollarda nəqliyyat vasitələrinin intensiv və təhlükəsiz hərəkəti ilə bağlı Bakı Nəqliyyat Agentliyi mühüm tədbirlər həyata keçirir. Görülən tədbirlər zamanı vətəndaşlardan daxil olan müraciətlər də mütləq şəkildə nəzərə alınır.

Bəzi hallarda daxil olan vətəndaş müraciətləri ilə bağlı aparılan təhlillər onların subyektiv mövqedən qaynaqlandığını vurğulayan Vüsal Kərimli, marşrut xətlərinin hərəkət sxemi, eləcə də hər hansı bir marşrut xəttinin acılması, bərpası və ya dəyişdirilməsinin yalnız bir rayona deyil ümumi şəhərin nəqliyyat şəbəkəsinə uyğun icra edilməli olduğunu görüş iştirakçılarının diqqətinə çatdırdı. Hazırda paytaxtın ictimai nəqliyyat şəbəkəsinin optimallaşdırılması icra edilməkdədir. Bu gün Bakı şəhərində, o cümlədən Binəqədi rayonunda bir neçə dayanacaq fərqi ilə bir-birini təkrarlayan marşrut xətləri mövcuddur ki, bu da yollarda tıxacların yaranmasına, sərnişin axınının idarəedilməz hal almasına səbəb olur. Optimallaşdırma tədbirlərindən sonra isə bu çatışmazlıqlar aradan qaldırılacaq. Bakı Nəqliyyat Agentliyi müasir meqapolisə çevrilən paytaxtın sistemli və sürətli inkişafına cavab verən Nəqliyyat Planının hazırlanması üzərində iş aparır.

Görüşdə Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimli pilot layihədə qarşıya qoyulan problemlərə operativ şəkildə müdaxilə edilməsi üçün işçi qrupunun yaradılmasını təklif etdi. Onun sözlərinə görə işçi qrupuna Bakı Nəqliyyat Agentliyinin, rayon icra hakimiyyətinin, bələdiyyələrin və yerlərdə fəaliyyət göstərən digər xidmət strukturlarının nümayəndələri daxil olacaq. Qərara alındı ki, işçi qrupunun səmərəli fəaliyyətini təmin etmək üçün xüsusi tədbirlər planı hazırlansın.

Sonda millət vəkili Azay Quliyev təşkil edilən görüşdə iştirak etdiyi üçün Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimliyə və Binəqədi Rayon İH-nin başçısı Xaləddin İsgəndərova təşəkkürünü bildirdi. Millət vəkili qeyd etdi ki, görüş Yol-nəqliyyat İnfrastrukturunun optimallaşdırılmasına dair pilot layihə çərçivəsində səmərəli nəticələrin əldə edilməsi baxımından əhəmiyyətlidir. Azay Quliyevin sözlərinə görə bu layihə aidiyyatı qurumların eyni hədəfə vurmalarının təzahürü olacaq. Hədəf isə bəllidir- vətəndaş məmnunluğu.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya və Kanada məxfi müzakirələrə başladı

Next Post

NASA-dan inanılmaz kəşf – 100 metr dərinlikdə…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

NASA-dan inanılmaz kəşf – 100 metr dərinlikdə...

Dolların bahalaşmasının iki müdhiş sirri - həbsdəki və istintaq altındakı varlılar...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.