ABŞ-ın yeni prezidenti Donald Trampla İraq Baş naziri Heydər Abadi arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə İraq hökuməti məlumat yayıb.
Danışıq zamanı Tramp terrorizmə qarşı mübarizədə İraq hökumətinə daha güclü və əsaslı dəstək verəcəyini açıqlayıb:
“Siz əsas müttəfiqlərimizdənsiniz. Güclü və əsaslı dəstək görəcəksiniz”.
Bundan əlavə, tərəflər arasında İraq ordusunun İŞİD-ə qarşı uğurlu əməliyyatları, ölkədə məzhəbçi qütbləşmə idealogiyası və terrora qarşı mübarizə ilə bağlı fikir mübadiləsi aparılıb.




