"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda iki qumarxana aşkarlandı

21 Noyabr 2016 - 15:29
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bakıda iki qumarxana aşkarlandı

Bakı şəhəri, Sabunçu rayonu, R.Axundov küçəsi, 13 saylı evin yaxınlığında fərdi sahibkar İsmayılov Elyar İsrail oğluna məxsus obyektdə qanunla müəyyənləşdirilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkil olunduğu aşkar edib.
Məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 192-1.3.2 maddəsi ilə başlanmış cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, E.İsmayılov “Bədən tərbiyəsi və idman haqqında” qanunun və Nazirlər Kabinetinin “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması və idman mərc oyunlarının təşkili və keçirilməsi qaydaları” haqqında Qərarının müvafiq maddələrinin tələblərini pozmaqla, 2015-ci ilin sentyabr ayından 2016-cı ilin noyabr ayınadək idman mərc oyunlarının təşkili nəticəsində 168 min manat, yəni külli miqdarda gəlir əldə edib. Nəzarət tədbiri zamanı vergi xidməti əməkdaşlarının qanuni fəaliyyətinə mane olmağa cəhd göstərilib. E.İsmayılova ittiham elan edilib və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Oxşar fakt Sabunçu rayonunun Nazim İsmayılov küçəsi, ev 241 ünvanında keçirilən operativ nəzarət tədbiri zamanı da aşkarlanıb. Həmin ünvanda fərdi sahibkar Babayev Nicat Mənsur oğluna məxsus obyektdə akkreditasiya olunmadan idman mərc oyunlarının keçirildiyi və bundan başqa, N.Babayevin həmin ünvanda aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 683,4 manat dəyərində alkoqollu içkiləri satış məqsədilə saxladığı da müəyyənləşdirilərək, qanunsuz saxlanılan alkoqollu içkilər və digər əşyalar maddi dəlil kimi götürülüb. Cinayət Məcəlləsinin 192-1.3.2 və 213-1.1-ci maddələri ilə cinayət işi başlanaraq müvafiq qaydada istintaq aparılıb.
İstintaq nəticəsində N.Babayevin akkreditasiya olunmadan 06.08.2016-cı il tarixdən 03.11.2016-cı il tarixədək futbol mərc oyunları təşkil etdiyi və külli miqdarda – 126 min 200 manat məbləğində gəlir əldə etdiyi təsdiqlənib. Hər iki fakt üzrə qanunvericlikdə nəzərdə tutulmuş tədbirlər davam etdirilir.
“Vergilər Nazirliyi bir daha xatırladır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, yaxud xüsusi razılıq almadan həyata keçirilən sahibkarlıq fəaliyyəti inzibati və ya cinayət məsuliyyəti yaradır”, – deyə məlumatda bildirib.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Günəşli” yatağındakı 7 saylı özüldə kran aşıb

Next Post

Xərçəngə son qoya biləcək alim öldürüldü – Müəmma

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Xərçəngə son qoya biləcək alim öldürüldü - Müəmma

Əli Abbasov 300 minlik qalmaqaldan danışdı — “Sponsorluq etmişik”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.