
Dmitri Peskov Moskva ilə Vaşinqtonun əlaqələrinin pisləşməsi haqda ona sual verən jurnalistə belə cavab verib:
“ABŞ-Rusiya münasibətlərinin pisləşməsindən necə danışmaq olar ki, bu münasibətlər ən aşağı, ən pis vəziyyətdədir. Amma buna baxmayaraq biz dialoqun bərpa ediləcəyinə və münasibətlərimizin yaxşılaşması istiqamətində addımlar atılacağına ümid edirik”, deyə Peskov vurğulayıb.
Daha sonra münasibətlərə yenidən baxılması məsələsinə toxunan Peskov Putinin də ABŞ-la ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına tərəfdar olduğunu qeyd edib.



