Ekspertlər isə deyir ki, neft faktorunu tamamilə gündəmdən çıxarmaq lazımdır, əks halda, ölkədə real iqtisadi əsaslara söykənmiş bir model qurulmayacaq
Azərbaycan hökumətinin neftlə bağlı gözləntiləri hələ də qalmaqdadır. Ekspertlər bunun narahatedici faktor olduğunu bildirirlər. Son olaraq energetika naziri Natiq Əliyev gələn ildən neftin qiymətinin artacağını proqnozlaşdırıb. Nazir “Respublika” qəzetinə yazdığı məqaləsində bildirib ki, proqnozlara əsasən, gələn il dünyada neftə tələbat artacaq. Bununla da neftin qiyməti bahalaşmağa başlayacaq.
Nazirin fikrincə, 2017-ci ildə dünyada neftə gündəlik tələbatın 95 mln. 300 min barel olacağı, 2020-ci ildə isə ABŞ iqtisadiyyatının sağlamlaşdırılması prosesinin davam etdirilməsi, Avropa, eləcə də inkişaf etmiş ölkələrdə iqtisadi artımın bərpası hesabına neftə tələbatın təxminən 2014-cü ildəki səviyyəyə çatacağı ehtimal edilir: “Proqnozlara əsasən, 2020-ci ilin ortalarında neftin barelinin 100 dollar olduğu dövrə qayıtmaq mümkün olacaq”.
Ekspert Natiq Cəfərli isə məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, əslində hökumətin neftin bahalaşmasını gözləməsi, bu arzu ilə yaşaması doğru deyil: “Görünən odur ki, hökumətin arzusu, istəyi, gözləntisi neftin qiymətlərinin sürətlə qalxmasıdır. Gözləyir ki, qiymətlər qalxsın və ölkədə yaşanan problemlər birdəfəlik həll olunsun, iqtisadi problem arxada qalsın. Amma anlamalıdırlar ki Azərbaycanda bu gün yaşanan problem neftin qiymətinin aşağı olması ilə əlaqəli deyil. Bu nəticədir. Yəni neftin qiymətinin düşməsi nəticə olaraq iqtisadi durumu pisləşdirdi. Amma səbəblər müxtəlifdir və həddindən artıq dərindir. Səbəblər idarəetmədədir, rəqabətli mühitin olmamasındadır, korrupsiya üçün yaranan sxemlərin illərdir ölkədə mövcudluğudur. Həmçinin, səbəb məhkəmə azadlığının olmamasıdır ki, iş adamları və əmlak sahibləri öz hüquqlarını qoruya bilmirlər. Yəni bunlar səbəblərdir və bu səbəblərə görə də indiki ağır iqtisadi duruma düşmüşük. Neftin qiymətinin düşməsi bu səbəbləri qısa müddətdə üzə çıxardı. Elə bil ki, obrazlı desək, kosmetikanı yudu və ölkə iqtisadiyyatının əsl siması üzə çıxdı. Hökumət bunu dərk etməlidir, bütün ümidlərini və gözləntilərini neftin qiyməti ilə bağlamamalıdır. Neftin qiyməti qalxacaqsa, lap yaxşı. Ölkənin gəlirləri daha da artacaq. Amma bunun əksini düşünmək lazımdır. Ümumiyyətlə, neft faktorunu tamamilə gündəmdən çıxarmaq, unutmaq lazımdır ki, Azərbaycanda real iqtisadi əsaslara söykənmiş bir model qurulsun. Ən təəssüfləndiyim hal ondan ibarətdir ki, hökumət nümayəndələri hələ də bütün problemlərin kökünü neftin qiymətinin düşməsində görürlər. Əslində bu, belə deyil. Problemlər daha dərindir. Problemlər illərdir yığılmış, qalmış problemlərdir. Bunlar həll olunmalıdır. Real iqtisadi modelə keçməsək, neftin qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq, Azərbaycanda problemlər getdikcə də davamlı şəkildə olacaq”.

Ekspertin sözlərinə görə, bizdə həm də problem ondan ibarətdir ki, Azərbaycanda hasilat da düşür:“Nədənsə, bu barədə hökumət nümayəndələri heç danışmaq istəmirlər. Amma həm bp-nin hesabatında, həm OPEK-in hesabatında Azərbaycanda hasilatın hər il nəzərəçarpacaq dərəcədə azalması göstərilir. Gələn il OPEK-in gözləntisi gündəlik hasilatın ən azı 30 min barel azalması yönündədir. Bp-nin açıqlamaları və hesablamaları var ki, 2018-dən sonra ümumiyyətlə, hasilatın azalması sürətlə artacaq. Bizdə ikiqat problemdir, həm qiymət düşür, həm hasilat azalır. Ona görə də neftin qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq, ölkədə normal, işlək iqtisadi model qurulmalıdır. O ki qaldı neftin qiymətlərinin gözləntilərinə, əslində bu gün dünyada baş verən bütün proseslər neftin qiymətinin uzun müddət, hətta onilliklər boyu aşağı səviyyədə qalmasına dəlalət edir. Birincisi, neftin kifayət qədər sürətlə və ucuz hasilatı texnologiyaları yaranır. Məsələn, Amerikada slans neftinin hasilatının əvvəllər maya dəyəri hər barel üçün 60-70 dollar idisə, indi 20 dollara qədər aşağı enib. Hətta bundan da aşağı enməsi gözlənilir. ABŞ prezidenti Donald Trampın iqtisadi proqramında neft hasilatının kifayət qədər sürətlə artması və Amerikanın ümumiyyətlə xaricdən neft almaması hədəfi yer alır. Bu da neftin qiymətini aşağı çəkəcək əsas amillərdən biridir. Dünyada dollar bahalaşır, getdikcə də bahalaşacaq. Baha dollar həmişə ucuz neft deməkdir. Bu da nefti ucuzlaşdıracaq amilərdəndir”.
Ekspertin sözlərinə görə, digər məsələ isə alternativ enerjinin – günəş, külək və bərpa olunan digər enerjinin daha geniş yayılmasıdır: “Bu da neftə tələbatı azaltmaq yönündə ciddi addımlar olacaq. Avropa, ümumiyyətlə, 2020-ci ildən sonra daxili yanma mühərrikindən addım-addım imtina etməyi düşünür. Yəni benzinlə işləyən, neftlə işləyən mühərriklərdən imtina etməyi düşünür ki, bu da neftin qiymətini aşağı çəkən əsas amillərdən birinə çevriləcək. Yəni dünyada gedən trend neftin qiymətinin aşağı olacağını göstərir. Amma görünən odur ki, Azərbaycan hökuməti bu acı reallıqla barışmaq istəmir”.
Qeyd edək ki, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov da neft gəlirlərindən danışıb və “Yaxın 15-20 il ərzində isə fonda daha 100 milyard dollar daxil olacağını gözləyirik”,- deyə açıqlama verib. O qeyd edib ki, neftin qiyməti aşağı düşsə də, Azərbaycanda hələ də neft hasil edilir və Azərbaycan yenə də neft gəlirləri əldə edəcək. Onun sözlərinə görə, indiyə qədər rəhbərlik etdiyi qurumun neft-qaz satışından gəliri 120 mlrd. dollar olub: “Yaxın 15-20 il ərzində isə fonda bu sahədən daha 100 milyard dollar daxil olacağını gözləyirik”.

Şahmar Mövsümovun fikirlərini Meydan TV-yə şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, icraçı direktorun hansı meyarlara və ölçülərə görə bu rəqəmi hesabladığını anlaya bilmir: “Bugünkü qiymətlərə baxaq, hələ neft 50 dollar civarındadır. Bu il fonda təqribən 5 milyard civarında vəsait daxil olacaq. Əgər neftin qiyməti indiki səviyyədə qalsa, yaxın 10 ildə 45 milyarda yaxın vəsaitin daxil olma ehtimalı var. O şərtlə ki, Azərbaycanda hasilat azalmasın”.