"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azərbaycan Rusiya ilə münasibətlərinə yenidən baxmalıdır”

29 Noyabr 2016 - 21:10
in MANŞET

<font color=red><b>“Azərbaycan Rusiya ilə münasibətlərinə yenidən baxmalıdır” </b></font>

Qüdrət Həsənquliyev: “Rusiyanın indiki mövqeyi onun vasitəçilik missiyası ilə uyğun gəlmir”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

“Mətbuatda oxudum ki, Ermənistan prezidenti Respublikaçılar Partiyasının qurultayında Azərbaycanı dolayısı ilə hədələyib və bildirib ki, lazım gələrsə onlar hətta Bakını işğal edə və Azərbaycanı kapitulyasiya aktına imza atmağa məcbur edə bilərlər. Biz yaxşı xatırlayırıq ki, aprel döyüşləri zamanı siçan kimi gizlənməyə deşik axtaran Sarkisyan Moskvada, Kremldə özünə belə bir deşik tapdı. İndi siçan çevrilib pişik olub və artıq bizə meydan oxuyur”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib. O bildirib ki, Sarkisyan arxasında İsgəndər raketlərini hiss edir və özünü güclü sayır: “Siz bilirsiniz ki, mən uzun müddət Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı kimi çıxış etmişəm. Hər zaman söyləmişəm ki, Ermənistanın arxasında Rusiya dayanır və Moskva İrəvanı müdafiə etdiyi üçün biz bu problemi çözə bilməmişik. Artıq Şoyqu da bu gün İrəvana gəlir və orada birgə qoşun yaradılması ilə bağlı saziş imzalayacaqlar. Bu baxımdan, Rusiyanın indiki mövqeyi onun vasitəçilik missiyası ilə uyğun gəlmir. Digər tərəfdən, Moskvanın atdığı addımlar Azərbaycanla münasibətlərin indiki səviyyəsinə də uyğun deyil. Azərbaycan Rusiya ilə münasibətlərini yüksək səviyyəyə qaldırmaq üçün əlindən gələni edir, onu strateji tərəfdaş adlandırır. Amma nə belə vasitəçi, nə də belə strateji tərəfdaş olmaz. Ona görə də biz, Milli Məclis, hökumət olaraq Rusiyaya açıq formada müraciət etməliyik ki, sən, beynəlxalq hüquqa hörmət etmək üçün Azərbaycandan nə istəyirsən? Yəni biz Rusiya ilə açıq danışmalıyıq. Əgər Rusiya Ermənistanı yenə də bu formada dəstəkləyəcəksə və işğalın davam etməsinə çalışacaqsa o zaman Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq. Mən Azərbaycan təhsil nazirinin açıqlamasını oxudum. O bildirib ki, Azərbaycanda 90 min şagird rus dilində təhsil alır. Biz Rusiya ilə birgə müxtəlif humanitar tədbirlər keçiririk. İndi iran, Rusiya və Azərbaycan birlikdə böyük qlobal strateji layihələr həyata keçirir. Belə olduğu halda Rusiyanın bu davranışları bizim arzuladığımız münasibətlərə uyğun gəlmir. Ona görə də düşünürəm ki, Rusiya ilə nəhayət açıq danışmaq lazımdır. Rusiya ya vasitəçi kimi bitərəf mövqeyini qoruyub saxlamalıdır, ya da Azərbaycan Rusiya ilə münasibətlərinə yenidən baxmalıdır. İsrail, Pakistan və Türkiyə ilə özünün münasibətlərini, hərbi əməkdaşlığı strateji tərəfdaşlıq, müttəfiqlik səviyyəsinə qalfdırmalıdır. Nəhayət biz özümüzü o cür aparmamalıyıq ki, Rusiya həqiqətən də bu münaqişənin tənzimlənməsi prosesində vasitəçidir”.
Millət vəkili həmçinin “İnsan orqan (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişikliklə bağlı da öz fikirlərini bölüşüb. O bildirib ki, informasiyanın yayılması haqqında Azərbaycanda qanun var. Biz görürük kii, hətta dünyada ən şox siyasi xəbərlər yayan BBC, CNN kimi informasiya portallarında belə onların ayrıca elm, texnologiya bölmələri var: “Orada elmin ən son nailiyyətləri ilə bağlı informasiyalar yayılır və s. Ona görə də düşünürəm ki, burada bu sahəni xüsusi inhisara almaq və yalnız ixtisaslaşmış mətbuat orqanında bu reklamların getməsi doğru deyil. Biz çalışırıq ki, hər yerdə inhisarçılığa son qoyaq. Burada da bu inhisarçılıq aradan qaldırılmalıdır. İkincisi də onu kim müəyyənləşdirəcək ki, bu ixtisaslaşıb, yaxud ixtisaslaşmayıb? Bundan başqa mən bizim digər komitə sədrlərinə və komitələrə də öz fikrimi çatdırmaq istəyirəm. O sözlərin ki, Azərbaycan dilində qarşılığı var, biz çalışmalıyıq ki Azərbaycan dlində olan sözlərdən istifadə edək. Dünyanın ən inkişaf etmiş dillərinə də başqa dillərdən çoxsaylı sözlər keçir. Amma transplantasiya sözünün Azərbaycan dlində qarşılığı orqanköçürmədir. Əgər öz dilimizdə bu söz varsa niyə başqa dillərdəki sözləri zorla öz dilimizə gətiririk? Qarşılığı yoxdursa bu başqa məsələ. İqtisadi sahədə də qanunvericilik qəbul edirik və görürəm ki, biz çox vaxt xarici sözləri götürür və onun yazılış formasını tələffüz edirik. Hətta hansı dildən götürməyimizə baxmayaraq həmin dildə tələffüzünü də qəbul etmirik. Bu da bir anormallıqdır.Hesab edirəm ki, gələcəkdə biz bu məsələləri nəzərə almalıyıq. Sonda da mən bir məsələyə diqqət çəkmək istəyirəm: Bizim qanunvericilikdə çox təəssüf ki, orqanköçürmə ilə bağlı bir çox məsələlər öz həllini tapmayıb. Azərbaycanda faktiki olaraq yaxın qohumlar, ailə üzvləri bir birinə orqan verə bilərlər. Düşünürəm ki, bu məsələ aradan qaldırılmalıdır. İkincisi, Azərbaycanın yollarında texniki qəzalar zamanı çoxsaylı insanlar həyatlarını itirirlər və bu insanların orqanları digər insana həyat verə bilər. Bu əslində insanın özü üçün də normal haldır ki, başına bir iş gəlirsə, onun orqanı başqa bir insanın həyatını xilas edə bilsin və yaşasın. Onun ailəsi də bundan təskinlik tapa bilər. Ona görə də biz bununla bağlı qanun qəbul etməliyik. Bizim hörmətli həmkarlarımız da burada bu məsələni qaldırıblar, vaxtilə Qənirə xanım da bu məsələ barədə danışmışdı. Hər il minə qədər insan yol qəzalarında həyatını itirir. Onların yarısı kəllə-beyin travmasından dünyasını dəyişir. Amma digər orqanlarlndan istifadə etmək olar. Hər kəs də bu işə qoşula bilər. Mətbuatdan da xahiş edə bilərik ki, təbliğat və maarifləndirmə işini gücləndirsinlər. Biz də müvafiq qanun qəbul edək və bu sahədə xeyli irəliləyişə nail olaq. Bilirsiniz, bu dəqiqə nə qədər insan dializlə bağlı növbəyə durubr, böyrək köçürmək istəyir? Digər tərəfdən, niyə axı Azərbaycanda yalnız yaxın qohumlara hansısa bir orqanını verə bilmək hüququ tanınır? Biri öz sevdiyi sənətkara, alimə, yaxud qonşusuna, yaxın bir dostuna öz orqanını verə bilər. Hesab edirəm ki, bu istiqamətdə də düşünmək lazımdır və biz gələcəkdə qanunvericliyi bu istiqamətdə təkmilləşdirməliyik”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

BAXCP sədrindən önəmli təklif

Next Post

Tibbi sığorta ilə bağlı sərəncam – 30 milyon ayrıldı

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Tibbi sığorta ilə bağlı sərəncam - 30 milyon ayrıldı

Ərdoğan Gülənə yeni ad qoydu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.