İsrail Müdafiə Ordusunun (TSAXAL) Hərbi Hava Qüvvələri Dəməşqin rayonlarından biri ilə hərəkət edən yüklə dolu avtomobil karvanına, həmçinin Bəşar Əsəd silahlılarının Suriya paytaxtındakı mövqelərinə havadan zərbə endirib.
Bu barədə Rusiya KİV-i xəbər verir.
Məlumata əsasən hücum noyabrın 30-da həyata keçirilib.
Avtomobil karvanının Livandakı Hizbullah qruplaşmasına silah-sursat daşıdığı ehtimal edilib. Hava zərbələri Pilotsuz Uçan Aparatlar (PUA) vasitəsi ilə endirilib.
Hücum nəticəsində xəsarət alan və həyatını itirənlər barədə məlumat yoxdur.




